Icma.az
close
up
RU
Pis niyyətli insanlar niyə hər kəsi özləri kimi görürlər? Psixoloqdan İZAH

Pis niyyətli insanlar niyə hər kəsi özləri kimi görürlər? Psixoloqdan İZAH

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hər kəs həyatında ən az bir dəfə belə insanlarla qarşılaşıb: özündə neqativlik daşıyan, dünyaya qara eynəklərlə baxan və başqalarını da yalnız öz prizmasından görən insanlarla. Əslində, bu cür insanlar yaxşılıq, səmimiyyət və pozitivliyi qəbul edə bilmirlər. Onlar öz içlərində daşıdıqları pisliyi, qaranlığı başqalarına da yansıtdıqları üçün hər kəsi özləri kimi görməyə meyllidirlər. Halbuki problemin kökü başqalarında deyil, elə özlərinin içindədir.

Mövzunun psixoloji tərəfi ilə bağlı fikirlərini Redaktor.az ilə bölüşən psixoloq Nabat Mirzəyeva bildirdi ki, bəzən insanlar özlərində qəbul etmədikləri, yaxud başqalarında həsəd və ya həsrət obyektinə çevirdikləri xüsusiyyətləri görəndə, həmin insanlara pis gözlə baxmağa başlayırlar:

"Yəni əslində, daxildə qorxduqları və ya özlərində olmasını istəmədikləri tərəfləri başqalarında görəndə, onlara neqativ yanaşırlar. Məsələn, ətrafındakı insanları neqativ, pis düşüncəli və qəzəbli görən biri, əslində bu xüsusiyyətlərə görə qarşı tərəfdən narazı qalır. Amma əsl səbəb odur ki, bu cür hisslər onun daxili dünyasında da mövcuddur. Təbii ki, bunlar səbəbsiz formalaşmır, əsasən uşaqlıqdan qaynaqlanır.Heç kim birdən-birə bu yaşa gəlməyib, hamımız uşaq vaxtı yaşadıqlarımızın təsiri ilə formalaşmışıq. Valideynlərimiz, böyüklərimiz ana, ata, nənə, baba bizim üçün model olub. Əgər bizi böyüdən insanlar hər zaman başqaları haqqında pis danışıb, qonaq gedəndən sonra onları qeybət edibsə, bu davranış uşaq üçün də örnəyə çevrilir. Uşaq da baxış bucağını dəyişdirmədiyi müddətcə eyni davranışları davam etdirir".

Psixoloq əlavə etdi ki, əgər ailədə yalnız neqativ tərəflər vurğulanıb, yaxşı tərəflərə diqqət edilməyibsə, uşağın gözündə həyat da ancaq qorxu, acı və dərddən ibarət görünür:

"Belə mühitdə böyüyən insan istər-istəməz qarşısındakına da eyni münasibəti göstərməyə başlayır. Digər tərəfdən, insanlar bəzən çatmaq istədikləri, amma əldə edə bilmədikləri şeyləri də pisləyir, gözdən salır və onlar haqqında neqativ danışırlar. Halbuki bu, sadəcə içindəki çatışmazlıq və qısqanclığın əksidir. Əslində, nə qədər qəlbi qara insan olsa da, hər kəsin baxış bucağını dəyişmək və genişləndirmək haqqı var. Çünki uşaq vaxtı yaşadığımız təcrübələr, eşitdiyimiz sözlər və gördüyümüz münasibətlər bizim gələcək həyatımıza, düşüncələrimizə və davranışlarımıza böyük təsir göstərir. Bununla yanaşı, bir məsələni də qeyd etmək lazımdır: hər zaman neqativ düşüncələr, qara niyyətlər və başqaları haqqında pis fikirlər insanın həm özünü, həm də münasibətlərini zəhərləyir".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Avqust 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri