Icma.az
close
up
RU
“Pis”i “yaxşı”dan seçə bilsin deyə...

“Pis”i “yaxşı”dan seçə bilsin deyə...

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bəzən uşağımızın pis söz danışdığını, hətta söyüş söydüyünü görürük. Bəs elə isə belə hallarda nə etməliyik? Və ya bunun qarşısını almaq üçün hansı addımları atmalıyıq?
Hər şeydən əvvəl qeyd edək ki, bu məsələdə yol verdiyimiz ən böyük səhvlərdən biri (bəlkə də birincisi) uşağımızın ağzından pis söz eşidən kimi sərt reaksiya verməyimizdir: Məsələn:
- Bir daha bu sözü səndən eşitməyim, yoxsa pis olar.
- Bir daha bu sözü səndən eşitsəm, ağzına bibər sürtərəm.
- Bu sözləri dostundan öyrənirsən, bir də məndən icazəsiz dostunla görüşməyəcəksən və s...
Bu sözlər, bəlkə də problemi müvəqqəti həll etməyə kömək edir. Ancaq uşaq ona mane olmayan hər hansı bir mühitə düşdükdə yenə pis söz danışmaqda davam edir. Yəni, burada əsas məsələ uşağın pis söz danışmaqdan ata-anasından qorxduğu üçün yox, pis hərəkət olduğunu başa düşdüyü üçün imtina etməsidir. İndi isə bu problemin qarşısını almaq üçün lazım olan tədbirləri nəzərdən keçirək.
Hər şeydən əvvəl uşağı pis söz danışmağa sövq edən səbəblər araşdırılmalıdır. Buna səbəb dostlarıdırmı? Yoxsa, diqqəti cəlb etmək üçün belə edir? Bəlkə bu şəkildə daha güclü olacağını düşünür? Yoxsa, sadəcə olaraq ona maraqlı olduğu üçün danışır?..
Əgər səbəbin uşağınızın dostları olduğunu düşünürsünüzsə, onun dostları ilə əlaqələrini tamamilə kəsməyin. Əvəzində alternativ dostlar təklif edin və ya uşağınızın vaxt keçirmək imkanlarını artıraraq mühitini dəyişdirin. Beləliklə, uşaq dostlarını uzun müddət görə bilmədiyi üçün tədricən bu sözləri unudacaq.
Səbəbin diqqəti cəlb etmək olduğnu düşünürsünüzsə, uşağınız pis söz danışarkən sərt reaksiya verməyin. Əks halda, uşaq bununla diqqəti özünə cəlb etdiyini düşünəcək və bu sözlərin sayını artıracaq. Ən yaxşısı, məsələni böyütməyin və uşağınız pis söz danışdıqda mümkün qədər rahat davranmağa çalışın. Bununla yanaşı, uşağınızın belə sözlər danışmadığı vaxtları müəyyənləşdirin və bu vaxtlarda ona diqqətinizi daha da artırın.
Bundan başqa, uşağınıza hər dəfə nəsihət vermək əvəzinə onunla belə sözlərlə bağlı keçmişdə yaşadığınız hadisələri bölüşün. Əgər uşağınızın pis söz danışmasının səbəbini (və ya səbəblərini) müəyyən edə bilmirsinizsə, ya da müəyyən etdiyiniz səbəbin (və ya səbəblərin) qarşısını almaqda çətinlik çəkirsinizsə, bir mütəxəssislə məsləhətləşin.
Aygün Vəliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 25 Aprel 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri