Icma.az
close
up
RU
Pişik sahibləri bu xəstəliyə yoluxa BİLƏR

Pişik sahibləri bu xəstəliyə yoluxa BİLƏR

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pişiklərdən insanlara keçə bilən təhlükəli xəstəliklər mövcuddur.
Bizim.Media xəbər verir ki, bunu Metbuat.az-a açıqlamasında veterinar İlkin Qəmbərli söyləyib.
O qeyd edib ki, bu xəstəliklərə toksoplazmoz, quduzluq, dəri xəstəlikləri (göbələk, mikrosporiya və digər növlər), dərialtı gənələr, həmçinin bəzi bağırsaq infeksiyaları, məsələn toksokara daxildir:
“Toksoplazmoz parazitar xəstəlikdir. Əsas sahib pişik olsa da, insan aralıq sahib sayılır. Yoluxma əsasən pişik nəcisilə çirklənmiş torpaqla təmas zamanı baş verir. İnsan torpaqla işləyərkən parazit dırnaq altında qala bilər və gigiyenik qaydalara əməl olunmadıqda ağız yolu ilə orqanizmə düşə bilər. Digər yoluxma yolu isə pişiyin özünü yalaması ilə bağlıdır. Pişiklər təmizkar heyvanlardır, nəcisdən sonra anus nahiyəsini, sonra isə tüklərini yalayırlar. Əgər heyvanda toksoplazma varsa, parazitin yumurtaları dili vasitəsilə tüklərə də keçə bilər. İnsan heyvanı sığalladıqdan sonra əllərini yumadan ağıza toxundurduqda yoluxma baş verə bilər”.
Veterinar həmçinin quduzluq virusunun da heyvanlardan insana keçdiyini vurğulayıb:
“Əsas daşıyıcılar gəmiricilər olsa da, pişiklər də məməli olduqları üçün yoluxa bilirlər. Virus əsasən tüpürcək vasitəsilə keçir. Əgər dəridə yara və ya zədə varsa və ora yoluxmuş heyvanın tüpürcəyi dəyərsə, infeksiya ötürülə bilər. Pişiklərdə əlamətlərə ağız suyunun artması, qəfil qorxu reaksiyaları, qeyri-adekvat davranış, hərarət və göz bəbəklərinin böyüməsi daxildir”.
İ.Qəmbərli dəri xəstəliklərindən də söhbət açıb. Həkimin sözlərinə görə, allergik reaksiyalar istisna olmaqla, onların əksəriyyəti yoluxucudur:
 

“Bunlara göbələk mənşəli xəstəliklər (xüsusilə mikrosporiya), dərialtı gənələr — demodeks və sarkoptes kimi parazitlər daxildir. Həmçinin bəzi bakterial dermatit növləri də yoluxa bilər. Bağırsaq infeksiyaları da keçə bilər. Məsələn, salmonella növlərinin bəziləri pişikdən insana ötürülə bilir.


Bundan əlavə, qurd xəstəlikləri də yoluxucu olur. Bu zaman parazit yumurtaları nəcis vasitəsilə torpağa düşür və insan torpaqla təmas etdikdə, gigiyenaya riayət etmədikdə yoluxa bilər. Yoluxma mexanizmi toksoplazmozda olduğu kimidir, yəni pişik özünü yalayır, yumurtalar tüklərə keçir, insan heyvanı sığallayır və əllərini yumadan ağıza toxundurduqda infeksiya ötürülür”.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Fevral 2026 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri