Pişiyi qonşunun bağına girdi deyə 1200 avro CƏRİMƏLƏNDİ
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransada qonşular arasında qeyri-adi məhkəmə qalmaqalı yaşanıb. Hadisənin “təbii səbəbkarı” isə ev pişiyi olub.
Redaktor.az "Oddity Central" nəşrinə istinadla xəbər verir ki, Ero bölgəsində yaşayan 70 yaşlı Dominik adlı qadın, pişiyi Reminin qonşuların həyətinə girməsinə görə 1250 avro məbləğində cərimələnib.
Qonşu qadın məhkəməyə müraciət edərək, pişiyin həyətində izlər qoyduğunu, divar suvasında pəncə izləri, yorğanda sidik ləkələri və bağçada nəcis tapıldığını bildirib. Məhkəmə iddianı əsaslı sayaraq Dominiki cərimə etməklə yanaşı, pişiyin təkrar qonşuların ərazisinə girməsi halında əlavə sanksiyalar tətbiq ediləcəyini qərara alıb.
“Qərar məktubunu aldığım gün sanki başıma zərbə dəydi. O vaxtdan Remini evdə saxlayıram. Kökəlib, aqressivləşib. Özünü sanki ev dustağı kimi aparır,” - deyə Dominik şikayətlənib.
Qadının sözlərinə görə, qonşusu Reminin günahını sübut edən qəti dəlillər təqdim etməyib, çünki ərazidə başqa ev pişikləri və sahibsiz heyvanlar da var. Buna baxmayaraq, məhkəmənin qərarı dəyişməz qalıb.
Mübahisə bununla bitməyib: məlum olub ki, Remi yasağa baxmayaraq yenidən qonşuların həyətinə keçib. İndi Dominik 2000 avro məbləğində yeni cərimə və hər növbəti “sərhəd pozuntusu” üçün gündəlik 150 avro ödəmək riski ilə üz-üzədir.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 05 Noyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















