Məmura oğru deyən vətəndaş 1200 manat Cərimələndi
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Göyçayda məmur barəsində təhqiramiz ifadə işlədən vətəndaş məhkəmə qarşısına çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, Göyçay RİH-in Sənədlərlə və Vətəndaşların müraciəti ilə iş şöbəsinin məsləhətçisi S.Səmədov (soyadlar şərtidir) barəsində sosial şəbəkədə video paylaşan Qaraməryəm kənd sakini, 1970-ci il təvəllüdlü M.Yusifova hökm oxunub.
Məhkəməyə xüsusi ittiham qaydasında müraciət edən məmur kənd sakininin ona böhtan atdığını və “oğru” deyərək təhqir etdiyini bildirib.
Məlum olub ki, M.Yusifov “Facebook”da “Acı bibər” adlı səhifədə yerləşdirilmiş videoda həmin məmur barəsində “Bu oğru S.Səmədov nəinki mənim, hətta məndən başqa vətəndaşların da yerini oğurlayıb”, - ifadəsini işlədib. O, həmin videoda məmurun torpaqları oğurlayaraq bələdiyyə sədrinə verdiyini iddia edib.
Məlum olub ki, daha əvvəl bələdiyyə sədri M.Yusifov barəsində məhkəməyə müraciət edib və ötən il həmin şəxs cərimələnib.
Göyçay Rayon Məhkəməsi bu dəfə də M.Yusifov barəsində ittihamı qəbul edib. O, təhqir maddəsi üzrə təqsirli bilinərək 1200 manat cərimə edilib. Ona Cinayət Məcəlləsinin böhtan maddəsi üzrə bəraət verilib.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 28 İyul 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















