Piyadanı vuraraq öldürən Kommunal Xidmətlər Müəssisəsində sürücüsü ilə bağlı QƏRAR
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Əkbər Malıyevin (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə ötən il paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydi alınıb.
Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin Kommunal Xidmətlər Müəssisəsində sürücü işləyən Əkbər Malıyev “İveco S-Vvay” markalı avtomobili ilə yolu sağdan sola keçən piyada Məxmər Rüstəmovanı vuraraq öldürüb.
Hadisədən sonra Əkbər Malıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.
Kamal Məmmədov


