Icma.az
close
up
RU
PKK nın ləğvi haqda sensasiya: yeni dövlət yaradılır? Regiondakı 3 ölkə...

PKK nın ləğvi haqda sensasiya: yeni dövlət yaradılır? Regiondakı 3 ölkə...

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

PKK terror təşkilatı silahlı mübarizəni dayandırmaq və strukturunu ləğv etmək barədə qərar qəbul etdi. Bu, Türkiyə üçün müsbət hadisə kimi dəyərləndirilsə də, bəzi ekspertlər prosesin belə tez və asanlıqla başa çatmayacağını bildirirlər. PKK-nın özünü buraxmasında ABŞ başda olmaqla, Qərbin aparıcı dövlətlərinin mövqeyi isə hələlik məlum deyil.

Eyni zamanda iddia olunur ki, bu prosesin qarşılığında Suriyanın şimalında yeni kürd dövləti yaradıla bilər.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov bildirib ki, PKK-nın özünü buraxması məsələsində ABŞ və Qərbin dəstəyinin mövcudluğu barədə artıq müzakirələr başlayıb:

“Heç şübhəsiz ki, bu dövlətlərin özləri də müəyyən — bəzən isə həqiqətdən uzaq — informasiyalar yayır və prosesdəki rollarını nümayiş etdirməyə çalışırlar. Amma mən hesab edirəm ki, qeyd etdiyimiz güclərdən heç biri bu terror təşkilatının ləğvində həlledici rola malik deyil. Axı, necə ola bilər ki, dünənə qədər PKK-nı Türkiyəyə qarşı bir vasitə kimi istifadə edənlər bu gün birdən-birə Türkiyənin maraqlarına uyğun addımlar atsınlar? PKK-nın ləğvi ilə həmin dövlətlər 40 ildir Türkiyəyə qarşı istifadə etdikləri bir aləti əllərindən vermiş olurlar”.

Ə.İbrahimov hesab edir ki, PKK-nın özünü buraxması, ilk növbədə, Türkiyəni uzunmüddətli və sistemli mübarizəsinin nəticəsidir:

“Bu, Prezident Rəcəb Tayyib Ərdoğan və onun komandasının həyata keçirdiyi ardıcıl daxili və xarici siyasətin nəticəsidir. Ərdoğanın qarşıya qoyduğu hədəflərdən geri çəkilməməsi, xarici təzyiqlərə boyun əyməməsi PKK-nın sıradan çıxmasına gətirib çıxardı. Türk xalqının rəhbərliyi ətrafında bir yumruq kimi birləşməsi də bu prosesin reallaşmasına şərait yaratdı. Ona görə də PKK-nın ləğvindən danışarkən ilk növbədə Türk xalqının və Prezident Ərdoğanın xidmətlərini qiymətləndirmək lazımdır”.

Əlimusa İbrahimov

Politoloq əlavə edib ki, bu prosesin fonunda Türkiyənin beynəlxalq nüfuzu da artıb:

“Qlobal miqyasda baş verən hadisələr və Türkiyənin yürüdüyü diplomatik siyasət nəticəsində bu gün ölkənin nüfuzu günü-gündən artır. Türkiyə həm regional, həm də beynəlxalq məsələlərin həllində mühüm oyunçuya çevrilib. Bu gün həm Avropa İttifaqı, həm də ABŞ Türkiyəyə əvvəlkindən daha çox ehtiyac duyur. Onlar öz təhlükəsizliklərini təmin etmək üçün sabit və terror təhlükəsindən uzaq bir Türkiyənin varlığını zəruri hesab edirlər”.

Ekspertin fikrincə, ABŞ və Qərb bu mərhələdə PKK-nın ləğvi prosesində birbaşa iştirak etməsə də, dolayı yolla təşkilatdan dəstəyi çəkməklə bu qərarın formalaşmasında rol oynamış ola bilər:

“Bu gün qlobal arenada baş verən hadisələr Qərbin və ABŞ-ın PKK-ya diqqət ayırmasına, ona dəstək verməsinə imkan yaratmır. Bu da təşkilatın fəaliyyətinə ciddi təsir göstərir. Düşünürəm ki, PKK-nın xarici dəstəkdən məhrum qalması onun ləğv olunmasında müəyyən rol oynayıb”.

Türkiyəli general, sabiq hərbi attaşe Yücel Karauz isə bildirib ki, PKK terror təşkilatı 1978-ci ildə yaradılıb:

“O zamandan bu günə qədər PKK fəaliyyətini müxtəlif formalarda davam etdirməyə çalışıb. Lakin hər kəs bilməlidir ki, belə bir təşkilatın öz-özünə meydana çıxması mümkün deyil. Bu qədər uzun müddət ayaqda qalması xarici dəstək olmadan qeyri-mümkündür”.

General qeyd edib ki, PKK-nın qurulmasında və yaşamasında bir neçə dövlətin birbaşa iştirakı olub:

“Suriya, İran, Yunanıstan, Fransa, Belçika, Hollandiya, Almaniya, ABŞ, Rusiya və digər dövlətlər müxtəlif vaxtlarda PKK-ya maddi, siyasi və hərbi dəstək göstəriblər. Bəzi ölkələr təşkilat üzvlərinə vətəndaşlıq belə veriblər. PKK-ya göstərilən bu dəstək onun uzun müddət yaşamasına imkan yaradıb”.

Yücel Karauz

Y.Karauz əlavə edib ki, PKK-nın silahı yerə qoyması yalnız Türkiyə ilə bağlı məsələ deyil:

“Onsuz da bu gün PKK Türkiyədə başını mağaralardan çıxara biləcək vəziyyətdə deyil. Amma əsas məsələ təşkilatın başqa ad altında fəaliyyətini davam etdirib-etdirməyəcəyidir. Əgər PKK Suriyada fəaliyyətini davam etdirərsə və idarəetmədə PYD ilə birləşərsə, bu, prosesin bitməsi anlamına gəlməz”.

General xəbərdarlıq edib ki, Suriyanın şimalında dövlət quruculuğu cəhdləri gələcəkdə digər regionlar üçün də təhlükə yarada bilər:

“PKK-nın silahlarını Suriyaya keçirməsi, idarəetmə strukturunu PYD ilə birləşdirməsi və Suriyada hakimiyyətlə inteqrasiya prosesinə girməsi, gələcəkdə regionda “kürd dövləti” quruculuğu iddiasını gündəmə gətirə bilər. Əgər bu baş verərsə, proses yalnız Suriya üçün deyil, həm də Türkiyə, İran və İraq üçün ciddi təhlükə yaradacaq”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 May 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri