Icma.az
close
up
RU
PKK nın ləğvi ilə Türkiyə öz zəif nöqtəsini bağladı Natiq Miri

PKK nın ləğvi ilə Türkiyə öz zəif nöqtəsini bağladı Natiq Miri

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

PKK terror təşkilatı özünü ləğv edib. Bu qərarla türklər və kürdlər arasındakı münasibətlər də yenidən gündəmə gəlib.

Politoloq Natiq Miri Metbuat.az-a açıqlamasında bildirib ki, bu müraciəti PKK-nı yaradan və onun lideri olan terrorçu başı Öcalan edib və bununla da əslində Türkiyənin terroru birdəfəlik ləğv etməsinin hüquqi əsasını yaratmış olub.

Politoloqun sözlərinə görə, əgər silahlar təhvil verilməzsə və təşkilat fəaliyyətini davam etdirərsə, Türkiyə dövləti bu terrorçuları tamamilə güc vasitəsilə məhv etmək haqqına sahib olur:

“Artıq bundan sonra PKK və ya kürdlərlə bağlı heç bir güc mərkəzi qardaş Türkiyə dövlətini ittiham edə bilməyəcək. Çünki belə bir təşkilat artıq mövcud deyil, özünü buraxdığını elan edib. Əgər belə bir terror fəaliyyəti davam edərsə, bu, artıq qeyri-qanuni silahlı birləşmələr kimi dəyərləndiriləcək və onlara qarşı mübarizə legitim sayılacaq. Bu baxımdan, başqa çıxış yolu yoxdur: ya silahı özləri təhvil verəcəklər, ya da Türkiyə ordusu bu işi yerinə yetirəcək. Bu, Türkiyə dövləti adına çox böyük bir nailiyyətdir, dövlətinin önünü açır. Hər zaman Türkiyə daxilində qarışıqlıq yaratmaq və ölkəni parçalamaq istəyənlərin bu siyasəti iflasa uğrayıb”.

PKK-nın ləğvinin türk hakimiyyəti adına tarixi bir hadisə olduğunu vurğulayan Natiq Miri qeyd edib ki, bunun təsirləri təkcə Türkiyə ilə məhdudlaşmayacaq. Onun sözlərinə görə, bu hadisənin əks-sədası İraq və Suriyada da özünü göstərəcək və bütövlükdə regionda Türkiyə faktorunu daha da gücləndirəcək.

Həmsöhbətimiz türk və kürd münasibətləri ilə bağlı da fikirlərini bölüşüb. O bildirib ki, belə bir qərar artıq kürd ailələrindən oğurlanmış və ya öz xoşu ilə dağlara gedən gənclərin tədricən evlərinə qayıtmasına şərait yaradır:

“Təbii ki, bu şəxslər ciddi cinayət törətməyiblərsə, mülki və ya hərbçi şəxslərin qanına bulaşmayıblarsa, onların əfv edilməsi mümkündür. Bu isə barışın qapısını açacaq mühüm bir məsələdir. Bu, toplumun və cəmiyyətin birliyinə aparan yoldur. Zamanında kürdləri türklərə qarşı qoyaraq Türkiyəni parçalamaq istəyənlərin siyasətinin üzərindən bir xətt çəkilmiş olur. Əgər Türkiyə bu birliyi nümayiş etdirə bilirsə, bu, açığı, ölkənin Avropa Birliyi, Amerika Birləşmiş Ştatları, Yaxın Şərq, Cənub-Şərqi Asiya və digər bölgələrdə mövqelərini daha da gücləndirəcək. Türk xalqı bu yeni birliklə zəif nöqtəsini bağlamış olur və bu da, əlbəttə ki, Türkiyənin bütün sahələrdə güclənməsinə, regional və qlobal səviyyədə söz sahibi olmasına səbəb olacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 May 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri