Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

PKK nın ləğvi: Terrorsuz Türkiyə hədəfi üçün önəmli addım

PKK nın ləğvi: Terrorsuz Türkiyə hədəfi üçün önəmli addım

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Məlum olduğu kimi, bir neçə gün əvvəl PKK terror qruplaşması 12-ci toplantısında özünü buraxdığını elan edib. Bununla bağlı terror qruplaşmasının yaydığı açıqlamada səbəb olaraq "PKK-nın tarixi missiyasını bitirməsi" göstərilib. Bildirilib ki, PKK adı altında bütün fəaliyyət başa çatıb.

Qeyd edək ki, PKK terror təşkilatı 1978-ci ildə Türkiyənin Lice bölgəsinin Fis kəndində Abdullah Öcalan və onu dəstəkləyən 21 nəfər tərəfindən qurulub. Terror qruplaşması 1984-cü ildən bu yana həm Türkiyədə, həm də ümumilikdə bölgədə çox sayda terror aktları, silahlı hücumlar təşkil edib, minlərlə günahsız insanın, dövlət məmurlarının həyatına son qoyub. Rəsmi məlumatlara görə, PKK-nın hücumlarında 40 mindən çox insan həyatını itirib. Təşkilat təkcə hərbi deyil, mülki obyektləri də hədəf alıb.

Xatırladaq ki, 2025-ci il fevralın 27-də həbsdə olan PKK lideri Öcalan tərəfdarlarını türk dövlətinə qarşı silahlı mübarizəni dayandırmağa, silahları təhvil verməyə çağırıb. Onun yazılı müraciətində "Silahı yerə qoyun!" çağırışı yer alıb.

Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu ilin fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. Ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

PKK terror təşkilatının ləğvi çox ciddi bir hadisədir. Çünki qeyd etdiyimiz kimi, Türkiyə dövləti uzun illərdir terrorla mübarizə aparır, indiyədək bu istiqamətdə xeyli vəsait xərclənib. İndi verilmiş qərar daha güclü Türkiyə üçün yeni bir səhifənin açılması deməkdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə ölkə gündəmindən terror problemi məsələsini tamamilə çıxarmaq hədəfinə doğru qətiyyətlə irəliləyir. Bu gün "Terrorsuz Türkiyə" yolunda kritik mərhələ geridə qalıb. Türkiyə lideri PKK-nın buraxılması ilə bağlı qərardan sonra yeni bir səhifənin açılacağına ümid etdiyini bildirib: "Terrorçular silahları yerə qoyacaqlarını bəyan ediblər. Bu qərarı önəmli hesab edirik. Terrorçu təşkilat tamamilə aradan qaldırıldıqdan sonra yeni bir səhifə açılacaq. İmperialistlərin planlarına ölümcül zərbə vurulacaq. Qalib gələn Türkiyə və türk xalqı olacaq".

Ərdoğan bəyan edib ki, Türkiyənin dövlət qurumları, o cümlədən xüsusi xidmət orqanları bu prosesin gedişini diqqətlə izləyəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib. Dövlət başçısı X sosial şəbəkə hesabında bununla bağlı etdiyi paylaşımda bildirib: "Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm.

Əziz Qardaşımın bəyan etdiyi "Terrorsuz Türkiyə" hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram".

PKK-nın özünü ləğv etməsi təbii ki, Türkiyə dövlətinin apardığı siyasətin nəticəsidir. Artıq PKK-da anladılar ki, təslim olmaqdan başqa çıxış yolu qalmayıb, Türkiyə dövləti qarşısında məğlub olublar. Təbii ki, indi Türkiyə daha ayıq-sayıq olmalıdır. Çünki PKK bundan əvvəl düz 11 dəfə özünü ləğvetmə qərarı verib, amma təbii ki, istənilən nəticə əldə olunmayıb. Ona görə də Türkiyə dövləti məsələyə daha ehtiyatla yanaşır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev də hesab edir ki, Türkiyədə narahatlıq doğuran bir sıra açıq suallar var, ona görə də Ankara prosesə ehtiyatla yanaşır və onun necə gedəcəyini görmək istəyir: "Bu suallardan birincisi PKK-nın həqiqətən də silahı təhvil verib, özünü ləğv edəcəyi ilə bağlıdır. İkincisi, başqa adla fəaliyyət göstərə bilərmi, nəhayət hər hansı başqa bir təşkilat PKK-nın bu qərarını sobotaj etmək üçün bir terror fəaliyyəti həyata keçirə bilər. Belə məsələlər var".

Ekspert əlavə edib ki, Türkiyə PKK ilə mübarizə siyasətində son illərdə ciddi bir dəyişiklik etdi. Xüsusilə Ədalət və İnkişaf Partiyası dövründə. Bu da ondan ibarətdir ki, terror təşkilatı ilə deyil, terrorizmlə mübarizə aparmağa başladı ki, bunlar da bir-birindən fərqli məsələlərdir. Terror təşkilatı ilə silahla mübarizə aparırsan, terrorizmlə mübarizənin yolları isə başqadır.

Onun sözlərinə görə, PKK bu qərarı qəbul etməyə məcbur oldu: "Bunun üç səbəbi var. Birinci səbəb budur ki, PKK terror təşkilatı hərbi cəhətdən uduzdu. Bu gün PKK İraqın şimalında Qəndil dağında sıxışıb qalıb. Ona görə ki, hətta İraqın şimalındakı Kürdüstan bölgəsi belə onu dəstəkləmir, aralarında rəqabət var. Silahlı terrordan istifadə edərək kürdlərin hüququnu qorumasını iddia etməsi ilə əslində kürdlərə ən böyük zərəri verdi və onlar artıq bu fərqi gördülər. Dezinformasiyanı Türkiyə dövlətinə qarşı istifadə etməyə çalışarkən özləri bundan daha çox uduzmağa başladılar. PKK hərbi olaraq Türkiyənin içində bitib. Qəndil dağına sıxışıb. İkincisi, siyasi olaraq kürd məsələsindəki partiyalar, nümayəndələr artıq Türkiyə Böyük Millət Məclisində, hətta  hökumətin içində təmsil olunurlar. Bu gün hökumətdə kürd əsilli insanlar var. Bunu heç kim inkar da etmir. Yəni AKP PKK-nın həmin dayanaq nöqtəsini kəsdi. Onlar Türkiyə əhalisinin 10-15 faizini təmsil etmələrinə baxmayaraq, ölkə siyasətində, hökumətdə təmsil olunurlar.

Nəhayət, PKK bölgədə siyasi olaraq yalnız qaldı, Türkiyə bunu bacardı. Baxmayaraq ki, hətta ona regionda dəstək vermək istəyən qüvvələr, dövlətlər var, amma Türkiyə onu izolyasiya etməyi bacardı. PKK nümayəndələri artıq hərəkət edib, ora-bura keçə bilmirlər. Türkiyə dövləti siyasi olaraq bunu bacardı. Dediyim kimi, bu üç səbəb - hərbi olaraq uduzmağı, siyasətdə təmsil olunmağı və regionda izolyasiyası məcbur elədi ki, PKK-a təslim olsun".

Politoloq Zaur Məmmədov deyib ki, PKK-nın ləğvi Türkiyə üçün mühüm hadisədir. Çünki Türkiyə uzun illər kürd terrorundan və separatizmdən əziyyət çəkir. O bildirib ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının 2024-cü ildən başlayaraq PKK liderinə bir çağırışı var idi. Abdullah Öcalandan bu məsələni dayandırmaq istənilirdi: "Nəticə etibarilə artıq PKK tərəfindən bəyanat verildi. Orada terrorçu təşkilatın özünü buraxdığı bildirilir. Abdullah Öcalanın başçılığı altında başlanılan bu proses PKK-nın bütövlüklə ləğvini, bütün növ fəaliyyətin dayandırıldığını, bundan sonra silahlı müqavimətin sona çatdırıldığını ehtiva edir. Bəyanatda, həmçinin Türkiyə parlamentinə, hökumətinə, siyasi partiyalara, QHT-lərə və KİV-lərə prosesə dəstək verməyə çağırılır.

Qeyd etdiyim kimi, proses 22 oktyabr 2024-cü ildə MHP lideri Dövlət Baxçalının Öcalanı təşkilatı ləğv etməyə çağırması ilə başlayıb. Bunun müqabilində o, Öcalana parlamentdə çıxış etmək imkanı verəcəyini və sözdə "ümid hüququ"nun - ömürlük həbsə məhkum edilmiş şəxslərin amnistiyaya arxalanmasını təmin edən mexanizmin tətbiqinə təşəbbüs göstərəcəyini vəd edib. Az sonra DEM Partiyasının (keçmiş HDP) bir qrup nümayəndəsi Öcalanın saxlandığı İmralı adasına səfər edib. Fevral ayında o, sülh üçün rəsmi müraciət edib".

Politoloq əlavə edib ki, sözün həqiqi mənasında Türkiyəni zəiflətmək istəyən müxtəlif regional və beynəlxalq aktorlar tərəfindən bilərkdən PKK və buna bənzər silahlı dəstələr, terrorçu qruplar vasitəsilə Türkiyəyə qarşı siyasi təzyiq formalarından istifadə edirdilər.

O, PKK-nın buraxılması prosesi və sonrakı hadisələrin ekspertlər və analitiklər tərəfindən proqnozlaşdırılmasına da toxunub: "Belə yanaşmalar var ki, PKK üzvləri İraqın Süleymaniyyə və Ərbil şəhərlərində BMT-nin nəzarəti altında silahlarını təhvil verəcəklər. Təşkilatın 300-ə yaxın yüksək vəzifəli üzvü Cənubi Afrika və Norveç kimi uzaq ölkələrə göndəriləcək. Onların İran, İraq və Suriyaya girişi qadağan olunacaq. Cinayət törətməyən əcnəbi PKK üzvləri qayıda biləcəklər.

Türkiyə vətəndaşı olan 4000-ə yaxın PKK-çı mərhələli şəkildə Türkiyə hakimiyyətinə təslim olacaq. Abdullah Öcalan İmralı adasında qalacaq. Mövcud qanunvericiliyə əsasən, təşkilatın yaşlı və xəstə üzvləri azad olunacaqlar. Daha sonra amnistiya qanununa parlamentdə baxılacaq. DEM partiyası yenidən təşkil ediləcək, lakin nizamnamə sənədlərində PKK-dan bəhs edilməyəcək. Həmçinin PKK ilə əlaqədə ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılan bələdiyyə başçılarının bərpası məsələsi də gündəmdə olacaq.

Təşkilatın fərqli ad altında dirçəliş riskini nəzərə alsaq, Türkiyə uzun müddət bölgədə hərbi varlığını qoruyacaq. Suriyaya gəlincə, YPG-nin taleyi Dəməşq hökuməti ilə birgə həll olunacaq: əcnəbi döyüşçülər ölkəni tərk edəcək, qalanlar isə Suriya ordusunun sıralarına inteqrasiya olunacaq".

Politoloq onu da vurğulayıb ki, bütün prosesin ABŞ və Fransa kimi xarici dövlətlərin iştirakı olmadan müstəsna olaraq Türkiyə daxilində həyata keçiriləcəyi ayrıca vurğulanır: "Proseslərin ardını gözləmək lazımdır. Çünki qruplaşmanın sözün həqiqi mənasında buraxmasına zaman və ardıcıl iş lazımdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 15 May 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri