Icma.az
close
up
RU
PKK nın özünü ləğvetmə qərarı: Üç nəticə xüsusilə önəmlidir KONKRET

PKK nın özünü ləğvetmə qərarı: Üç nəticə xüsusilə önəmlidir KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

PKK-nın rəsmən özünü ləğv etməsini Türkiyənin 40 ildən artıqdır davam edən terror probleminin həlli istiqamətində sonun başlanğıcı mərhələsinə keçid kimi qiymətləndirmək olar. Burada üç nəticə xüsusilə önəmlidir.

KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı səsləndirib:

– Bu qərarla PKK-nın – Qəndilin Türkiyə siyasətinə müdaxiləsinin aradan qalxdığını demək mümkündür;

– PKK üzərindən illərdir Türkiyəyə qarşı istifadə edilən rıçaqlar, tətbiq edilən planlar sıradan çıxır;

– PKK-nın dağ və şəhər qrupları arasındakı bağlantılar faktiki olaraq parçalanır və bu, qruplaşmanın sonunu sürətləndirəcək;

Hərçənd, PKK-nın “silahı buraxmaq, özünü ləğv etmək” qərarının praktiki müstəvidə icrasınının asan olmayacağı bəllidir. Hakan Fidan da bildirib ki, “təkcə silahın buraxılması ilə iş bitmir, qeyri-leqal qruplaşma da aradan qaldırılmalıdır”. Türkiyədə müzakirə edilən əsas məsələ də budur: PKK-nın rəsmən ləğvetmə qərarı praktiki müstəvidə necə icra ediləcək, silahların toplanması necə baş tutacaq?

Müəyyən fikirlər-ehtimallar mövcuddur: bura silahların Türkiyə ordusu tərəfindən toplanması, Qəndildəki rəhbərlərin üçüncü ölkəyə keçidi, hücumların icraçılarının məhkəmə qarşısına çıxarılması, dağa qaçırılan gənclərin əfv edilməsi və s. addımlar daxildir.

Lakin PKK-nın tamamilə silahı buraxağı, xüsusilə Qəndildəki rəhbərlərin “özünü ləğvetmə qərarına” tabe olacağı sual altındadır. Öcalanın ilk çağırışında da Qəndil rəhbərliyi terror aktı ilə müqavimət göstərmişdi. Qəndildə gizlənənlər, xüsusilə Murat Karayılan və Cəmil Bayıkın yenə müqavimət göstərəcəyi gözləntilər arasındadır.

PKK-nın özünü ləğvetmə qərarının hadisələrin inkişafında hansı nəticələrlə müşahidə ediləcəyinə dair müəyyən təxminlər irəli sürmək mümkündür.

Birincisi, Karayılan və Bayık başda olmaqla Qəndil yeni hücumlarla qərarın praktiki icrasına mane olmağa çalışacaq, lakin onlar da yeni reallıqla müqavimət imkanlarının azaldığını anlayırlar. Bu baxımdan, Qəndil rəhbərliyinin mümkün hücum cəhdləri öz şərtlərinin qəbul edilməsinə – istəklərindən biri üçüncü ölkədə təhlükəsizlik əldə etməkdir – hesablana bilər;

İkincisi, PKK-nın daxilindəki qruplaşmalar arasında qərara tabe olmaqdan boyun qaçıranlar, yaxud yenidən təşkilatlanmağa çalışanlar olacaq, KCK-nin ləğvetmə qərarına münasibəti bu kontekstdə diqqət çəkir;

Üçüncüsü, “silahın buraxılması” prosesinə nəzarət edən Türkiyə hadisələrin inkişafını sürətləndirmək istiqamətində addımlar ata bilər:

– Yekun addım kimi Qəndildə əməliyyatın keçirilməsi mümkün variantlardandır;

– PKK-nın yenidən təşkilatlanması riskinə qarşı Qəndil rəhbərliyinin “sığındıqları” üçüncü ölkələrdə neytrallaşdırılması baş verə bilər;

Bütün bunların fonunda PKK-nın arxasındakı ölkələrin ləğvetmə qərarının praktiki icrasına maneələr yaradacağı, Qəndil rəhbərliyinin müqavimətə sövq edəcəyi də istisna edilməməlidir. Lakin PKK-nın son qərarından sonra qruplaşmanın Türkiyəyə qarşı planlarda əvvəlki qədər effektiv olmayacağı və tədricən dağılma mərhələsinə keçəcəyi görünür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 May 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri