Ərdoğan: PKK nın özünü ləğvetmə qərarı millətin əbədi qardaşlığı üçün önəmlidir
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Terror təşkilatı PKK-nın özünü ləğvetmə və tərksilah olma qərarı millətin əbədi qardaşlığı üçün önəmlidir.”
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
O qeyd edib ki, rəsmi Ankara bu qərarın İraq, Suriya və Avropa da daxil olmaqla terror təşkilatına bağlı bütün qruplaşmaları əhatə edəcək.
“Terrorun və zorakılığın tamamilə aradan qaldırılması ilə birlikdə başda siyasətin demokratik potensialının gücləndirilməsi olmaqla, bütün sahələrdə yeni bir dönəmin qapıları açılacaq”, - deyə Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, bu prosesdən uduzan tərəf qanla bəslənən imperialistlər, qazanan isə Türkiyə xalqı və onun bölgədəki bütün qardaşları olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 12 May 2025 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















