Icma.az
close
up
RU
PKK nın Qafqazdan kəsilən “qolu“ SENSASİON DETALLAR

PKK nın Qafqazdan kəsilən “qolu“ SENSASİON DETALLAR

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən həftədən PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb. Terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın çağırışına əməl olunacağı bildirilib.  “Çağırışın məzmunu ilə olduğu kimi razıyıq və çağırışın tələblərinə əməl edəcəyimizi və həyata keçirəcəyimizi bildiririk. Biz atəşkəsin bu gün qüvvəyə mindiyini elan edirik”, - PKK “İcraiyyə Komitəsi”nin məlumatında vurğulanıb.

PKK-nın 26 ildir İmralı həbsxanasında olan lideri Öcalan bir neçə gün öncə tərəfdarlarına silahı yerə qoymaqla bağlı çağırış etmişdi. Müraciətdə deyilirdi: “Demokratik cəmiyyətə ehtiyac qaçılmazdır. Cümhuriyyət tarixinin ən uzun və ən əhatəli üsyan və hərəkatı olan PKK-nın güc və dəstək tapmasının səbəbi demokratik siyasi kanalların bağlanması idi. Mən tərk-silah olmağa çağırıram. Bütün qruplar silahı yerə qoymalı və PKK ləğv olunmalıdır. Bu çağırışa görə məsuliyyəti üzərimə götürürəm”.

Türkiyə lideri Ərdoğanın sözlərinə görə, terror təşkilatı sözünün üstündə durmadığı təqdirdə lazımi addımlar atılacaq: “Terror təşkilatı uzatdığımız əli havada buraxmamalıdır. Əks halda, dəmir yumruğumuzu hər zaman hazır saxlayırıq”.

Qeyd etmək lazımdır ki, PKK zaman-zaman Azərbaycan üçün də təhdid olub. Torpaqlarımızın işğalı dönəmində PKK qruplaşması terrorçularının Dağlıq Qarabağ və ətraf rayonlara yerləşdirilməsi barədə xəbərlər yayılmışdı. Kəlbəcərin işğalı zamanı PKK terrorçularının rayonun işğalında iştirak etdiyini əks etdirən videofaktın olduğu məlumdur. 2020-ci ildə 44 günlük müharibə dövründə də onların erməni ordusu ilə birgə döyüşdüyü haqda məlumatlar var idi.

Bir neçə il əvvəl isə yol polisi əməkdaşlarımız qapılarına PKK terror təşkilatının simvolu sayılan, beşguşəli ulduzu təbliğ edən və “Sheriff” sözləri yazılmış “JEEP” markalı avtomobili saxlamışdı. Bundan əlavə, Namiq Nəsibov adlı PKK simpatizanı 2015-ci ildə Qaraçuxurdakı məscidə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar ataraq, yanğın törətmişdi. O, 2014-cü ilin avqust-sentyabr aylarında PKK terrorçu təşkilatının nəzarətində olan Suriya ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. O və Elnur Ələkbərov internetdə sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib. Buna görə də hər ikisi həbs edilmişdi. Namiq Nəsibov bir neçə ay öncə xəstəlikdən vəfat edib.

Xatırlatdığımız faktlar PKK-nın silahı yerə qoymasının Azərbaycan üçün də əhəmiyyətli hadisə olduğunu deməyə əsas verir. Söhbət regionun təhlükəsizliyindən gedir. Öcalanın müraciəti və bundan sonra PKK-nın müraciəti qəbul etməyə başlaması regiona necə təsir edəcək?

Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli “Yeni Müsavat”a bildirdi ki, PKK bütövlükdə region üçün təhdid mənbəyi idi: “Bu terrorçu qruplaşmanı maliyyələşdirənlər onu siyasi təzyiq aləti kimi istifadə edirdilər. PKK-nın zərərləri nəinki Orta Şərqdə üzə çıxırdı, hətta Cənubi Qafqaz və bəzən Avropaya qədər uzanırdı. Bu da terrorçu təşkilatın əldə etdiyi dəstək və cəzasızlıq şəraitində daha da böyuməsi və ona verilən sərhədləri aşmaq cəsarəti əldə etməsi ilə bağlı idi. PKK-nın Qarabağda Ermənistan tərəfində döyüşməsi ilə bağlı çoxsaylı faktlar məlumdur. Ermənilərin mahiyyətindən doğan ASALA terror qruplaşmasının mövcudluğunu nəzərə alsaq, onların terrorizmə daxili bir bağlılığı olduğunu qeyd edə bilərik. Ona görə də Ermənistanın PKK-nın xidmətlərindən bəhrələndiyini geniş şəkildə sübut etməyə ehtiyac yoxdur. Baxmayaraq ki, bununla bağlı çoxsaylı faktlar mövcuddur. Ermənistan terrorizmi maliyyələşdirən və dəstəkləyən dövlətdir. PKK-nı Azərbaycana çox böyük ehtimalla Ermənistan yönəltmişdi. Çünki bu təşkilatın törətdiyi terror hadisələri yalnız Ermənistanın maraqlarına xidmət edirdi.  PKK-nın mövcudluğu təkcə onun həyata keçirdiyi terror aksiyaları ilə qorxulu deyildi, həm də onun arxasında duran qüvvələrin pis niyyətləri daha təhlükəli idi”.

Ekspertin sözlərinə görə, hazırda PKK-nın ləğvi ilə bağlı Öcalanın açıqlaması gələcəyə yaxşı ümidlər yaradır. Onun bu qərarı PKK-dan siyasi  mübarizəyə keçən həmfikirləri ilə birlikdə verməsi isə daha təsirli edir: “PKK-nin ləğvində iki məqamı diqqətdən qaçırmaq olmaz. Birincisi, PKK-nın rəhbərliyi onu müdafiə edən qüvvələrdən lazımi dəstək ala bilmir. İkincisi, Öcalan və tərəfdarları terrorizmin artıq yeni düzəndə effekt vermədiyi qənaətinə gəliblər. Hansı niyyətdən qaynaqlanmasından asılı olmayaraq bu terror təşkilatının ləğv edilməsi üçün nə mümkündürsə etmək lazımdır. PKK-nın butün qanadlarının və üzvlərinin bu qərara tabe olacağı inandırıcı deyil. Ancaq qərar verilibsə, onun icrasının məsuliyyəti də bu qərarı verənlərin üzərinə düşür.

PKK lideri Abdulla Öcalanın çağırışına tabe olmayaraq silahı yerə qoymaqdan imtina ediləcəyi təqdirdə Türkiyə hökuməti hərbi əməliyyatlar planı ilə çıxış edəcək. Artıq bu barədə “Hürriyet” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Məlumatda deyilir ki, Kandil (Şimali İraqdakı PKK düşərgələri) silahlarını yerə qoymasa, Öcalan bununla barışmayacaq. Öcalanın sonrakı açıqlaması çox güman ki, belə olacaq: “Kandil ABŞ-İsrail layihəsidir. Bu PKK mənim PKK-am deyil, İsrail, İran, ABŞ PKK-sıdır”. PKK tərk-silah edilərsə, nələrin baş verəcəyinə hazırlıq gedir. Əks təqdirdə, hərbi əməliyyat planı hazırlana bilər", - nəşr yazıb.

Qəzet qeyd edib ki, iki-üç ay ərzində monitorinq aparılacaq: “Kandilin silahı yerə qoyması halında yaradılacaq mexanizmlər müəyyənləşdiriləcək. Silahlar hansı ölkəyə çatdırılacaq? Bunun üçün mexanizmlər yaradılacaq. Silahlar Türkiyə və İraq Administrasiyasının nəzarəti və müşahidəsi altında bu iki ölkədəki müvafiq qurumlara, həmçinin Dəməşq və Ankaranın nəzarəti altında Suriyada təyin olunmuş yerlərə veriləcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Mart 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri