Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Putinin Azərbaycanda batan milyonları SENSASİON DETALLAR

Putinin Azərbaycanda batan milyonları SENSASİON DETALLAR

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb; bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş... - faktlar

Rusiya Prezidenti Vladimir Putin cari ilin avqustun 29-da xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə prezident idarəsini ləğv edib. Məqsəd Prezident Administrasiyasının işini optimallaşdırmaq olub. Əvəzində aparatda strateji tərəfdaşlıq və əməkdaşlıq üzrə idarə yaradılıb. “Bakı-Xəbər” “The Insider” araşdırma nəşrinə istinadən yazır ki, Kreml keçmiş SSRİ ölkələrində “yumşaq güc”ü irəlilətməyə nail olmayıb və bu da təəccüblü deyil: Ayrılan pullar əməkdaşların qonşularının və qohumlarının yeməyə getdiyi mənasız tədbirlərə xərclənib, rəhbərlik isə daim dəyişib. 

Sözügedən idarə 2005-ci ildə Ukraynada “narıncı inqilab”dan bir il sonra yaradılıb: “Həmin hadisələr Putini çox qorxutdu və o, Prezident Administrasiyasında qonşu ölkələrdə "məxməri inqilablar"ın yaranmasının qarşısını ala biləcək, Kremlə sadiq siyasətçilərin və siyasi partiyaların təbliğatını apara biləcək şöbənin yaradılması barədə göstəriş verdi. Departamentin əməliyyat maraqlarına Ukrayna ilə yanaşı, Ermənistan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Moldova, Qazaxıstan, həmçinin Baltikyanı ölkələr və qondarma Abxaziya və Cənubi Osetiya respublikaları daxil olub". 

Məxfi sənədlərdən aydın olur ki, Azərbaycanla bağlı fəaliyyətlərə Xarici Kəşfiyyat Ximətinin zabiti Valeri Çernışov rəhbərlik edib: “Ona respublikanın tanınmış şəxsləri, o cümlədən məmurlar, hərbçilər və ictimai xadimlər barədə məlumatlar gəlirdi. Xarici Kəşfiyyat Ximətinin digər zabiti Dmitri Avanesov isə Ermənistandakı vəziyyəti izləyib. "The İnsider"in ixtiyarında Ermənistan hökumətindəki “köstəbək”dən xəbərlər var, o, Avanesova baş nazir Nikol Paşinyanın bütün hərəkətləri barədə məlumat verib". 

O da qeyd olunur ki, xarici ölkələrlə mədəni əlaqələr departamenti Rusiya Prezident Administrasiyası başçısının müavini Dmitri Kozak üçün qonşu ölkələrdəki vəziyyətlə bağlı məxfi hesabatlar hazırlayıb və o, daha sonra onları Putinə təqdim edib. 

Məsələn, Kreml Azərbaycanda Türkiyədən fərqli olaraq Rusiyanın maraqlarını təşviq edəcək təşkilatların demək olar ki, tamamilə olmamasından çox narahat idi. Dmitri Kozaka “Azərbaycan” şöbəsinin məruzəsində deyilirdi ki, Azərbaycanda Rusiya QHT-lərini gücləndirmək məqsədəuyğundur. “Azərbaycan” departamentinin Kozaka verdiyi məxfi hesabatdan bir parçanı təqdim edirik: “Rusiya QHT-lərinin Azərbaycanda mövcudluğunun gücləndirilməsi məqsədəuyğundur. Rusiyanın mövqeyini təşviq edəcək real ictimai təşkilatların çatışmazlığı açıq şəkildə müşahidə olunur. Azərbaycanda mövcud QHT-lərin canlanması və ya yenilərinin yaradılması uzunmüddətli perspektivdə Rusiya təsirinin həyata keçirilməsi üçün "yumşaq güc" alətinin yaradılmasına kömək edərdi. QHT layihələri təkcə iri tədbirlərlə bitməməli, daim Azərbaycan cəmiyyətinə daxildən “nüfuz etməli”, kütləvi informasiya vasitələrində səslənməlidir. Həmvətənlərin birləşdiyi təşkilatlarla işi optimallaşdırmaq və sistemləşdirmək, lazım gələrsə, onların rəhbərlərini dəyişmək lazımdır... Emissarlar Azərbaycana tez-tez gəlməyə başladı, çoxsaylı seminarlar, dəyirmi masalar, konfranslar, jurnalistika məktəbləri təşkil olundu... 

Daha sonra adıçəkilən idarənin keçmiş əməkdaşı “The İnsider”ə deyib ki, Azərbaycanda “yumşaq güc” üçün ayrılan böyük pullar Rusiya xüsusi xidmətinin struktur rəhbərləri və Azərbaycandakı əməkdaşları tərəfindən mənimsənilib: “Mənim hesablamalarıma görə, Azərbaycanla "dostluğa" yüz milyon dollardan çox pul töküldü, amma hər şey boş yerə getdi. Yenə də çox şey formal qeyd üçün və ya “balalayka diplomatiyası” ruhunda edildi. Və onlar həmişə içdilər, içdilər və içdilər..."


Artıq çoxları şübhə etmir ki, Kremlin mövcud siyasəti Rusiyanı sürətli şəkildə bataqlığa yuvarlamaqdadır. Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Putinin 29 avqust 2024-cü ildə xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəni ləğv etməsi Kremlin postsovet məkanında “yumşaq güc” siyasətinin tam iflasını simvollaşdırır: “Bu qərar ”administrasiyanın optimallaşdırılması" adı altında təqdim olunsa da, əslində Rusiyanın keçmiş SSRİ ölkələrində təsirini saxlamaq üçün istifadə etdiyi mexanizmlərin səmərəsizliyini etiraf etməkdir. 2005-ci ildə Ukraynada “narıncı inqilab”dan sonra yaradılan idarə qonşu ölkələrdə “məxməri inqilablar”ın qarşısını almaq və Kremlə sadiq qüvvələri dəstəkləmək məqsədi daşıyırdı. Lakin praktikada korrupsiya və bürokratik xaosa qurban getdi. Ayrılan böyük məbləğlər mənasız tədbirlərə, şəxsi mənfəətlərə və ya sadəcə olaraq, mənimsənilməyə sərf olunub, nəticədə real təsir əldə olunmayıb". 

Ekspert hesab edir ki, Rusiyanın belə siyasəti ənənəvi imperialist yanaşmanın bariz nümunəsidir: “Qonşu dövlətləri öz maraqlarına tabe etmək üçün "köstəbək"lər, casuslar və manipulyativ QHT-lər vasitəsilə daxili işlərə müdaxilə etmək. Azərbaycan kimi suveren dövlətlər isə bu cəhdlərə qarşı dayanıqlılıq nümayiş etdirərək öz milli maraqlarını prioritetləşdirirlər". 

T.İsmayılov qeyd etdi ki, Kremlin Azərbaycanda Türkiyənin təsirini qısqanması və rusiyapərəst təşkilatların olmaması barədə narahatlığı onun imperialist ambisiyalarının dərinliyini göstərir: ""The Insider"in yazısından belə çıxır ki, bu idarənin fəaliyyəti, xüsusilə Azərbaycanla bağlı, Xarici Kəşfiyyat Xidmətinin zabitləri tərəfindən idarə olunub, bu da “mədəni əlaqələr”in əslində kəşfiyyat əməliyyatları olduğunu sübut edir. Valeri Çernışov kimi fiqurların Azərbaycanın tanınmış şəxsləri haqqında məlumat toplamaqla məşğul olması iddiası Rusiyanın qonşu ölkələrdə sabitliyi pozmaq potensialını vurğulayır. Azərbaycanın bu tip müdaxilələrə qarşı güclü immuniteti ölkənin müstəqil siyasətinin uğurunu təsdiqləyir. Rusiyanın “yumşaq güc” alətləri, seminarlar, konfranslar və jurnalistika məktəbləri kimi formal tədbirlərlə məhdudlaşaraq real ictimai nüfuz qazanmaqda uğursuz olub. Azərbaycan isə enerji resursları və strateji mövqeyi sayəsində Rusiya kimi hegemon güclərdən asılı olmadan inkişaf edir". 

Ekspert vurğuladı ki, Kremlin Ermənistan və Azərbaycan kimi ölkələrdə “köstəbək”lər vasitəsilə məlumat toplaması iddiası qonşu dövlətlərin daxili işlərinə qanunsuz müdaxilənin klassik nümunəsidir: “Dmitri Avanesovun Ermənistan hökumətindəki mənbələrdən məlumat alması Rusiyanın regionda qarşıdurmaları saxlamaq strategiyasını açıqlayır. Azərbaycanın bu proseslərdən uzaq durması və Qarabağ münaqişəsini öz gücü ilə həll etməsi ölkənin müstəqilliyinin parlaq nümunəsidir. Rusiyanın idarəni ləğv edərək yeni "strateji tərəfdaşlıq" idarəsi yaratması köhnə siyasətin yenidən qablaşdırılmasıdır, lakin bu dəyişiklik də imperialist mahiyyətini gizlədə bilmir. Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələri saxlayaraq eyni zamanda Avropa, Türkiyə və Asiya ilə inteqrasiyanı dərinləşdirməsi, diversifikasiya olunmuş xarici siyasətin üstünlüyünü göstərir. Rusiyanın “balalayka diplomatiyası” kimi təsvir olunan mədəni tədbirləri, yalnız xərc və vaxt itkisi ilə nəticələnib, real etimad qazanmaqda uğursuz olub. Azərbaycanın milli maraqlarını qorumaqda göstərdiyi qətiyyət regionda digər ölkələrə nümunə olur. Rusiyanın imperialist siyasəti, qonşu ölkələrdə QHT-ləri manipulyasiya etmək və rəhbərləri dəyişmək cəhdləri isə beynəlxalq hüquqa ziddir və regionda gərginliyi artırır. Azərbaycanın bu tip təzyiqlərə boyun əyməməsi ölkənin güclü idarəetmə sisteminin və xalqın birliyinin nəticəsidir". 

T.İsmayılov qeyd etdi ki, Azərbaycanın beynəlxalq arenada artan rolu Rusiyanın təsirini zəiflədərək regionda yeni balans yaradır: “Rusiyanın "yumşaq güc" fiaskosu onun hərbi gücə daha çox etibar etməsinə səbəb olur, bu da Ukrayna müharibəsi kimi nümunələrdə görünür. Azərbaycanın sülh və inkişaf yönümlü siyasəti isə qlobal imperialist ambisiyalardan üstün olduğunu sübut edir. Bu idarənin ləğvi postsovet məkanında geosiyasi dəyişikliklərin əlamətidir, harada ki, Rusiya təsirini saxlamaq üçün yeni taktikalar axtarır. Amma Azərbaycan kimi dövlətlərin müqaviməti, bu prosesi çətinləşdirir və Rusiyanın imperialist siyasətini ifşa edir. Azərbaycanın enerji dəhlizləri və tranzit layihələri ilə qlobal rol oynaması Rusiyanın monopoliya cəhdlərini məhdudlaşdırır. Azərbaycanın mədəni diplomatiyası isə həqiqi əməkdaşlığa əsaslanır və imperialist manipulyasiyalardan uzaqdır. 

Rusiyanın “mədəni” siyasətinin uğursuzluğu onun iqtisadi və sosial problemlərinin dərinliyini göstərir, çünki daxili resursları xarici macəralara sərf edir. Azərbaycanın iqtisadi artımı və sosial sabitliyi isə Rusiya modelindən üstünlüyünü vurğulayır. Bu hadisə Rusiyanın “yaxın xaric” konsepsiyasının sonunu xəbər verir, harada ki, qonşu ölkələr artıq öz gələcəklərini müstəqil şəkildə formalaşdırırlar. Azərbaycanın Türkiyə ilə strateji ittifaqı da Rusiyanın regionda təsirini balanslaşdırır və imperialist siyasətə qarşı güclü qalxan yaradır. Azərbaycan kimi ölkələr Rusiyanın təzyiqlərinə boyun əymədən regionda sülh və sabitliyin təminatçısına çevrilirlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Sentyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri