Icma.az
close
up
RU
Planetin əhalisi 40 ilə yarıyadək azalacaq Alimin qorxunc PROQNOZU

Planetin əhalisi 40 ilə yarıyadək azalacaq Alimin qorxunc PROQNOZU

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Chaos, Solitons & Fractals” jurnalında dərc olunan araşdırmada insan əhalisinin son 12 min ildəki artımı təhlil edilərək narahatedici ssenari irəli sürülüb. Araşdırmaya görə, son 50 ildə bəşəriyyətin demoqrafik artımı 2064-cü ilə qədər böyük ölçüdə geri çevrilə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Milan Universitetinin fiziki Alessio Zakkone, pandemiyalar, müharibələr, resurs çatışmazlığı, doğum səviyyəsinin kəskin azalması və iqlim dəyişikliyi kimi amillərin bəşəriyyəti ciddi şəkildə sarsıda biləcəyini deyib. Onun fikrincə, bu faktorlar nəticəsində hazırda təxminən 8,3 milyard nəfər olan dünya əhalisi sürətlə azala bilər.

Bununla belə, tədqiqatçılar vurğulayıblar ki, bu nəticə konkret proqnoz deyil, illüstrativ riyazi ssenari xarakteri daşıyır. Onların sözlərinə görə, qəfil qlobal sarsıntılar demoqrafik meyillərin sürətlə pisləşməsinə səbəb ola bilər.

1976-cı ildən bəri dünya əhalisi təxminən iki dəfə artıb və Alessio Zakkone hesab edir ki, müəyyən ekstremal şəraitdə əhali daha sürətli templə də azala bilər.

Zakkone bildirib ki, araşdırmanın ən diqqətçəkən hissəsi hipotetik gələcək ssenariləridir. Modelləşdirmə böyük ekoloji böhranların Yer kürəsinin daşıma qabiliyyətini ciddi şəkildə azalda biləcəyini göstərib.

Onun sözlərinə görə, ən pis ssenari kimi Yer kürəsinin dayanıqlı daşıma qabiliyyətinin qəfil təxminən iki milyard nəfərə enməsi fərz edildikdə, model dünya əhalisinin sürətlə azalacağını və 2064-cü ilə qədər təxminən yarıya enə biləcəyini göstərir.

Alim qeyd edib ki, tədqiqatçılar öz riyazi modelini neolit dövründən bu günə qədər əhali artımı nümunələri üzərində yoxlayıblar. Araşdırmaya əsasən, model sənaye dövrünün sürətli artımını və 1970-ci illərdən sonra müşahidə olunan daha yavaş, uzadılmış eksponensial artımı əks etdirib.

Tədqiqatın nəticəsinə görə, hazırda dünya əhalisinin artım dinamikası nisbətən sabit qalır və yaxın zamanda qaçılmaz kollapsa işarə etmir.

Zakkone vurğulayıb: “Bu məqalə proqnoz deyil, daha çox əhali dinamikasının qəfil ekoloji və sosial dəyişikliklərə nə qədər həssas ola biləcəyini göstərən riyazi ssenaridir. Mövcud tendensiya nisbətən sabitdir və qaçılmaz çöküşə işarə etmir”.

Araşdırma həmçinin 1969-cu ildə irəli sürülmüş məşhur “Qiyamət günü nəzəriyyəsi”nə yeni baxış təqdim edir. Həmin nəzəriyyəyə görə, bəşəriyyətin sayı nəzarətsiz şəkildə artaraq sonda qlobal kollapsla nəticələnə bilər.

Alessio Zakkone bildirib ki, doğum səviyyəsinin qlobal miqyasda azalması sayəsində insanlıq həmin trayektoriyadan uzaqlaşıb. Bununla belə, müəyyən şərtlərdə sürətli və nəzarətsiz artımın riyazi əsaslarının yenidən özünü göstərə biləcəyi istisna edilmir.              

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 May 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri