Planetin ən uzun avtomobil tunelləri açıqlandı
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Britaniyanın “Autocar” avtomobil portalı planetin ən uzun 10 avtomobil tunelinin siyahısını tərtib edib.
Yeniavaz.com xəbər verir ki, siyahıda ilk yeri Norveçdəki Lerdal tuneli tutub.
2000-ci ildə açılan bu tunel 24,51 kilometr uzunluğu ilə hələ də dünyanın ən uzun avtomobil tuneli titulunu qoruyub saxlayır.
Dağ silsiləsinin altından keçən bu tunel Lerdal və Aurlandı birləşdirir və sürücülərin yorğunluğunu azaltmaq üçün hazırlanmış qeyri-adi işıqlandırma sistemi ilə tanınır.
İkinci yeri Avstraliyada yerləşən və Sidneyin əsas nəqliyyat strukturunun bir hissəsini təşkil edən “VestKonneks” tuneli tutur. Tunelin uzunluğu 22 kilometr təşkil edir.
Üçüncü yerdə Yaponiyada yerləşən və dünyanın ən uzun şəhər yeraltı tunellərindən biri olan və sıx məskunlaşmış Tokio ərazisinin altından keçən Yamate tuneli qərarlaşır. Bu tunelin uzunluğu isə 18,20 kilometrdir.
Siyahıya həmçinin Çində yerləşən, 18,04 kilometr uzunluğu ilə dağ silsiləsinin altından keçən Çjunnanşan və olduqca çətin geoloji şəraitdə inşa edilən və 17,54 kilometr uzunluğu olan Çzinpinşan tunelləri daxildir.
Uzunluğu 16,84 kilometrə çatan və bir vaxtlar dünyanın ən uzun tuneli olan İsveçrənin Qottard tuneli isə Alp dağlarından keçən mühüm nəqliyyat dəhlizi olaraq qalır.
Siyahıda 7-ci və 8-ci yerlərdə Çinin Tyantayşan (15,56 km) və Myuçjaylin (15,22 km) tunelləri yerləşir.
9-cu yeri isə Türkiyədəki təhlükəli dağ aşırımının yerini almaq üçün tikilən Ziqana tuneli (14,48 km) tutur.
İlk onluğu isə dünyanın ən uzun sualtı avtomobil tuneli olan və 14,46 kilometrə qədər uzanan Norveçdəki “Rufyulketunnel” tamamlayır.
Bu mövzuda digər xəbərlər:Planetin ən təhlükəli dağları açıqlandı
03 Sentyabr 2025 16:12
Planetin ən soyuq yeri açıqlandı
02 Dekabr 2025 18:07
Planetin 100 ən nüfuzlu adamının siyahısı açıqlandı
16 Aprel 2025 19:04
Planetin ən sirli quşu
16 Oktyabr 2025 16:58
Planetin ən böyük şəhəri hansıdır?
11 May 2025 23:12
Baxış sayı:66
Bu xəbər 02 Yanvar 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















