Icma.az
close
up
RU
Planetin ən sirli quşu

Planetin ən sirli quşu

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Boqota relli yalnız Boqota ətrafındakı yüksək dağ bataqlıqlarında yaşayan nadir quş növüdür.

Lent.az bu quşla bağlı maraqlı faktları təqdim edir:

Boqota ətrafındakı su-bataqlıq ərazilərdə dünyanın ən sirli quşlarından biri Boqota relli yaşayır. O nə oxuyur, nə də yüksəkdə uçur və demək olar ki, insanlara görünmür. Onun boğuq “xortultusu” yalnız səhər tezdən, qamışlıqların sıxlığı arasından eşidilə bilər. Bu quş And dağlarının yüksək hissəsində, 2-4 min metr hündürlükdə yerləşən soyuq və rütubətli bataqlıqlarda yaşayır. Onun bədəni yanlardan yastıdır bu, sıx otlu ərazilərdə və qamışların arasında asanlıqla hərəkət etməsinə kömək edir. Sakit xarakteri və təvazökar görünüşü səbəbindən Boqota rellinə tez-tez “lələkli ruh” deyirlər.

Adına baxmayaraq, Kolumbiya paytaxtının əksər sakinləri bu quşun mövcudluğundan belə xəbərsizdir. Onu yalnız bir neçə qoruqda — xüsusilə La-Konejera və La-Florida ərazilərində tapmaq mümkündür, hansı ki, növün son sığınacağı sayılır. Təəssüf ki, Boqota relli təhlükə altında olan növdür. Şəhərin genişlənməsi nəticəsində onun təbii yaşayış mühiti ciddi şəkildə məhv edilib və bir hissəsi tikili sahələrinə çevrilib. Lakin ekologlar bildirirlər ki, bu quş hətta kiçik bataqlıq sahələrində belə yaşamağa davam edə bilir. Bu bataqlıqların qorunması təkcə quşlar üçün deyil, həm də Boqota sakinləri üçün vacibdir. Bataqlıqlar suyu təmizləyir, daşqın riskini azaldır və şəhərin havasını sərinlədir. Odur ki, əgər siz Boqotada olsanız, səhərlər muzeylərə tələsməyin. Daha yaxşısı, bataqlıqlara yollanın və qamışların arasından gələn səsləri dinləyin bəlkə elə orada, dumanların içində, Kolumbiya təbiətinin sakit və görünməz qoruyucusu Boqota relli gizlənir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see515

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see503

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see374

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see360

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see358

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see355

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see339

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see307

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see254

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see250

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see229

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see229

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see220

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see216

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see193

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see192

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see192

Qlobal istiləşmə ildırım çaxmalarının sayını artıra bilər

24 Noyabr 2026 23:36see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri