Icma.az
close
up
RU
Planetin ən varlı insanları 24 saata 200 milyard dollardan çox itirdilər

Planetin ən varlı insanları 24 saata 200 milyard dollardan çox itirdilər

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın bir sıra ölkələrə qarşı idxal rüsumlarının tətbiqini elan etməsindən cəmi 24 saat sonra planetin ən varlı insanları ümumilikdə 200 milyard dollardan çox vəsait itiriblər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Bloomberg" agentliyi paylaşım edib.

"Cümə axşamı, aprelin 3-də, dünyanın 500 ən varlı insanının ümumi sərvəti Prezident Donald Trampın elan etdiyi tariflər səbəbindən rekord dərəcədə - 208 milyard dollar azalıb", - deyə agentliyin materialında vurğulanıb.

Bu çöküş, "Bloomberg" reytinqinin 13 illik tarixində dördüncü və 2020-ci ildə dünya iqtisadiyyatına ciddi zərbə vuran COVID-19 pandemiyasının pik nöqtəsindən sonra ən böyükmiqyaslı çöküşdür.

Ən çox amerikalı milyarderlər zərər çəkiblər, onların arasında "Facebook"un qurucusu Mark Zukerberq və "Amazon"un rəhbəri Ceff Bezos liderlik edirlər.

Cəmi bir gün ərzində Zukerberq 17.9 milyard dollar, Bezos 15.9 milyard dollar, "Tesla"nın baş direktoru İlon Mask 11 milyard dollar, lüks LVMH konqlomeratının sahibi Bernard Arno isə 6 milyard dollar itiriblər.

Donald Trampın amerikalı istehsalçıları qorumaq məqsədi daşıyan idxal rüsumlarının tətbiqi haqqında qərarı dünya bazarlarında domino effektinə və planetin ən varlı insanları üçün ciddi maliyyə itkilərinə səbəb olub. Bu mənfi trendin nə qədər davam edəcəyi və ABŞ-nin proteksionist tədbirlərinin qlobal iqtisadiyyat üçün daha hansı nəticələri olacağı hələ aydın deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Aprel 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri