Icma.az
close
up
RU
Planetin ən vəhşi yerlərindən biri: Çilidə unikal milli park yaradılır

Planetin ən vəhşi yerlərindən biri: Çilidə unikal milli park yaradılır

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Çili hökuməti yay mövsümündə sərin istirahət üçün ən cəlbedici istiqamətlərdən biri sayılan bu ölkədə, 47-ci milli parkın yaradılmasına hazırlaşır. Yeni park demək olar ki, 200 min hektar toxunulmamış vəhşi təbiətin qorunmasını nəzərdə tutur.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” yazır.

Beləliklə, Amerikanın ən cənub nöqtəsinə qədər uzanan, 2800 kilometrlik vəhşi təbiət dəhlizinin yaradılması tamamlanacaq. 

Unikal təbiət, tarix və mədəniyyət

Keyp-Fruard milli parkı küləklərlə parçalanmış sahil xətləri və meşəlik vadilərdən ibarət vəhşi ərazidir. Bu ərazi zəngin biomüxtəlifliyə malikdir və minilliklər boyu insan tarixinin şahidi olub.

"Çoxlu istisna təşkil edən yerlərdə olmuşam və deyə bilərəm ki, Keyp-Fruard layihəsi indiyədək gördüyüm ən vəhşi məkandır. Bu, ölkədə qalan azsaylı həqiqətən vəhşi meşə və dağ ərazilərindən biridir. Regionun yerli xalqlarının zəngin tarixi isə bu torpaqların əbədi qorunmasının vacibliyini sübut edir”, deyə tanınmış amerikalı təbiət mühafizəçisi, layihənin rəhbəri Kristin Tompkins bildirib.

Məsələn, bu ilin fevralında park ərazisində nəsli kəsilmək təhlükəsi altında olan 10 huemul maralından ibarət populyasiya aşkar edilib. Kamera tələləri isə mütəmadi olaraq nəsli təhlükə altında olan vəhşi pumaları və çay su samuru sayılan huilinləri qeydə alır. Əraziyə həmçinin 10 min hektar sfagn bataqlıqları daxildir. Bu bataqlıqlarda bitən süngərvari mamır torpağın dərin qatlarında karbonu saxlayır.

Bu arada sahil xətti boyunca kavaskarlar adlı köçəri yerli xalqın tarixini qoruyan həssas arxeoloji abidələr səpələnib. Kavaskarlar vaxtilə ağaclardan oyulmuş kanoelərlə fiyordlar, qayalı çimərliklər və meşələr arasında hərəkət ediblər.

"Bu ekosistem mozaikası son dərəcə böyük əhəmiyyətə malikdir. Bataqlıqlar və subantarktik meşələr inanılmaz dərəcədə həssasdır. Kavaskar ərazilərinin mədəni irsi, tədqiqatçılar dövrü, daha sonra balina ovçularının mərhələsi – bütün bu tarix və biomüxtəliflik gələcək milli park çərçivəsində bu və ya digər formada qorunacaq”, deyə Patagoniyadan olan və "Rewilding Chile” təşkilatının Maqalyanes bölgəsi üzrə təbiətin mühafizəsi koordinatoru Benhamin Kaseres qeyd edib.

Lakin yerli icmalar bu ərazilərdə məskunlaşmazdan çox əvvəl, Maqellan boğazının suları Atlantik və Sakit okeanları birləşdirən əsas yol olub. Buradakı bulanıq dərinliklər saysız-hesabsız insan həyatına son qoyub və dənizin dibində xəzinələrin yatdığı, sahilə əsrlər boyu möhürlənmiş rom şüşələrinin çıxdığına dair əfsanələr yaradıb.

Uzun bürokratik proses və maneələr

Qeyd olunur ki, bu, "Tompkins Conservation” və onun varisi olan "Rewilding Chile” tərəfindən Çili və Argentinada yaradılan və ya genişləndirilən artıq 17-ci milli parkdır. Bu təşkilatlar milli parkın yaradılması üçün alınmış torpaqların dövlət mülkiyyəti ilə birləşdirilməsinə təxminən on il vaxt sərf ediblər. 2023-cü ildə onlar Çili hökuməti ilə Keyp-Fruard milli parkının yaradılması üçün torpaqların təhvil verilməsinə dair saziş imzalayıblar.

Bununla belə, parkın rəsmi şəkildə yaradılması üçün hələ bir sıra mərhələlərdən keçmək lazımdır. 2025-ci ilin sentyabrında Çilidə iri miqyaslı layihələr üçün qanunla məcburi olan yerli əhali ilə məsləhətləşmə prosesi keçirilib, lakin bu proses uğursuz alınıb. Çilinin Ətraf Mühit Nazirliyi isə parkın yaradılması planlarının mart ayına qədər irəlilədilməsi üçün "bütün səyləri göstərəcəyini” bəyan edib.

Əgər iki il ərzində irəliləyiş olmazsa, torpaqlar yenidən Tompkins təşkilatlarının mülkiyyətinə qaytarılacaq.

"Hazırladığımız hər bir park layihəsinin təbiətin qorunması baxımından vacib sayılmasının özünəməxsus səbəbləri var. Bu mənada Fruard burnu zamanla Çili Patagoniyasında biomüxtəlifliyin əsas nöqtələrinin daimi qorunmasını təmin etməli olan ekoloji tapmacanın bir hissəsidir”, deyə Tompkins bildirib. O, 1993-cü ilə qədər 20 il ərzində aktiv istirahət geyimləri istehsal edən "Patagonia” şirkətinin baş icraçı direktoru olub.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri