Icma.az
close
up
RU
Planetin ikinci ən böyük qitəsində arzuolunmaz ölkə

Planetin ikinci ən böyük qitəsində arzuolunmaz ölkə

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Fransa Afrikadakı müttəfiqlərini tədricən itirir: keçmiş müstəmləkələrdə Parisin təsiri sürətlə azalır, fransızlar isə planetin ikinci ən böyük qitəsində “arzuolunmaz ölkənin” nümayəndələrinə çevrilirlər. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin “Akşam” qəzetinin Afrika dövlətlərində Fransanın təsiri mövzusundakı analitik məqaləsində deyilir.

Qəzet xatırladır ki, beş əsrlik müstəmləkəçilik siyasəti nəticəsində Fransa 19-cu əsrdə qitənin 35 faizinə, yəni 20-dən çox müasir Afrika dövlətinin ərazisinə nəzarət edən qüvvəyə çevirilib. “Bir vaxtlar dünyanın Böyük Britaniyadan sonra ikinci müstəmləkəçi dövləti olan Fransa 1960-cı illərdə Afrikadakı koloniyaların müstəqilliyini tanımaq məcburiyyətində qaldı, eyni zamanda 14 Afrika dövlətinin milli ehtiyatları üzərində nəzarəti saxladı və bu, Parisin neokolonial kursunun təzahürü oldu”.

Nəşrdə beynəlxalq təşkilatların hesabatlarına istinad edilir. Bu hesabatlara əsasən, Afrika dövlətlərindən Fransa xəzinəsinə daxil olan maliyyə vəsaitləri ildə 500 milyard dolları ötür.

Fransız müstəmləkəçilərinin Afrikada, Əlcəzair, Ruanda və bir sıra başqa ölkələrdə törətdiyi ən azı 2 milyon insanın ölümünə səbəb olan onlarla kütləvi cinayətə diqqət yönəldir. Qəzet vurğulayır ki, bu qanlı cinayətlərin xatirəsi bu gün də Afrikada yaşayır.

“Müasir geosiyasi proseslər fonunda çiçəklənməsi daha çox Afrikadakı müstəmləkələri ilə bağlı olan Fransa qitədə təsirini itirir ki, bu da Avropa ölkəsinin özündə də vəziyyətə təsir edir. Təkcə son üç ildə Mərkəzi Afrika Respublikası, Burkina-Faso, Mali, Niger və Çad hakimiyyətləri Fransanın mövcudluğundan imtina etmək istiqamətində addımlar atıb”, - deyə analitik materialda deyilir.

Fransa hərbi bazaları hələ də Cibuti, Qabon və Kot-d'İvuarda mövcud olsa da, “bu ölkələrin də Parislə qarşılıqlı əlaqədən imtina etməsi üçün ilkin şərtlər var ki, bu, həm Afrika dövlətlərinin, həm də Fransanın özünün mətbuatında fəal müzakirə olunur”.

Qəzetdə o da bildirilir ki, Fransanın Afrikadakı təsirinin azaldılmasının çərçivəsi ordunun çıxarılması və dövlətlərarası təhlükəsizlik sazişlərinin ləğvindən çox daha genişdir: “Afrika ölkələri çoxqütblü dünyanın yaradılması məqsədilə keçmiş müstəmləkəçi dövlətlərin təsirindən tamamilə imtina etməyə çalışırlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Dekabr 2024 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri