Icma.az
close
up
RU
“Plastik cərrah lara rüşvətlə sənəd verənlər AŞKARLANDI Onları hansı cəza GÖZLƏYİR?

“Plastik cərrah lara rüşvətlə sənəd verənlər AŞKARLANDI Onları hansı cəza GÖZLƏYİR?

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycanda saxta yolla ixtisasını artıraraq və ya dəyişərək plastik cərrah kimi fəaliyyət göstərənlərin sənədləri təftiş edilib. Həmçinin, qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, ibtidai istintaqla Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmovanın həmin şöbənin baş mütəxəssis-böyük inspektoru vəzifəsində işləmiş Ruhiyyə Məhərrəmova, əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi müəyyən edilib.
Onların tibbi və ya əczaçılıq, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almaları ortaya çıxıb.
Həmçinin Səidə Rüstəmova tərəfindən vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir etməsinə və cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına daşınmaz əmlakın alınması yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Maraqlıdır, həmin şəxsləri hansı cəza gözləyir? Sənədə imza atanlar da məsuliyyətə cəlb oluna bilərmi?
Mövzu barədə Bizim.Media-ya danışan vəkil Ruslan Mustafayev deyib ki, ixtisasın dəyişdirilməsi və ya artırılması üçün mövcud prosedurlar var:
“Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən kateqoriyalı fəaliyyətlər var ki, həmin fəaliyyətlə məşğul olmaq üçün həmin sahə üzrə ixtisasa malik olmaq tələb olunur və bəzi kateqoriyalı işlərdə isə ümumiyyətlə lisenziya tələb olunur ki, lisenziyanın da alınmasının müvafiq prosedur qaydaları var. Hazırkı iş isə məhz ixtisasla bağlı olan problemdir.
Araşdırmalar nəticəsində bəlli olur ki, müxtəlif ixtisaslara malik olan şəxslər guya ixtisas artırma və ya ixtisas dəyişmə kurslarından keçməklə ixtisaslarını dəyişmiş və dəyişdikləri ixtisas üzrə fəaliyyətlə məşğul olmaq imkanı əldə ediblər. Qanunvericilikdə ixtisas artımı, dəyişdirilməsi ilə bağlı müvafiq imkanlar var.
Bu imkanlardan yararlanmaq üçün prosedur qaydalar mövcuddur. Bunun üçün müraciət olunmalı, həmin müddətdə həmin kurslarda imtahan verilməli, imtahanın nəticələrinə uyğun olaraq sertifikat əldə olunmalıdır ki, şəxs ixtisas artımını və ya ixtisasın dəyişdirilməsini uğurla həyata keçirib”.
Hüquqşünasın sözlərinə görə, ixtisas dəyişdirmə həyata keçirildikdən dərhal sonra fəliayyətə başlamaq imkanları araşdırılmalıdır:
“Həmin şəxs ixtisasını artırdıqdan və dəyişdirdikdən sonra dərhal həmin işlə məşğul olma imkanları olmamalıdır. Həmin şəxs müəyyən müddət təcrübə müddəti keçməlidir. Hazırkı işdə araşdırmalar göstərir ki, təqsirləndirilən şəxslər müxtəlif şəxslərə maddi nemətlər əsasında faktiki mümkün olmayan imkanları yaradıblar.
Yəni ixtisasını artıran və dəyişən şəxslərin bu prosesdə iştirakları olmayıb, onlar imtahan verməyib, kurslarda iştirak etməyib və müəyyən təcrübə proqramını keçməyiblər. Bu qaydalara riayət etmədən, yəni müvafiq kurslarda iştirak etmədən, imtahan vermədən, təcrübə proqramı keçmədən sertifikat alması və dərhal fəlaiyyətə başlaması gələcəkdə xidmət göstərdikləri şəxslərin həyatını təhlükə altında qoyur.
Bu səbəbdəndir ki, biz son zamanlar plastik əməliyyatlar keçirən və ya müxtəlkif plastik prosedurlar keçirənlərin sonradan səhhətinin ağırlaşması, bəzi hallarda ölümlə nəticələnən xəbərlər eşidirik.
Bu xəbərlərin sayının artması araşdırmaya səbəb oldu.
Keyfiyyətsiz xidmət göstərmiş şəxslərin bu xidməti göstərmək üçün hansı formada imkanlar əldə etdikləri araşdırıldıqda hazırda təqsirləndirilən şəxslərin əməlləri ifşa olunub. Araşdırma davam edir. Bu işdə əli olan digər şəxslər də müəyyən edilməli, hansı formada iştirak etdikləri araşdırılmalı, müvafiq qaydada işləri məhkəməyə göndərilməlidir ki, əməllərinə uyğun olaraq cəzalarını alsınlar”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Avqust 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri