Icma.az
close
up
RU
Üstümüzə çıxan skuterlər, gəzməyə peşmanıq Onları hansı cəza gözləyir?

Üstümüzə çıxan skuterlər, gəzməyə peşmanıq Onları hansı cəza gözləyir?

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Skuter qəzaları ilə bağlı tez-tez xoşagəlməz hadisələr yaşanır, Dövlət Yol Polisinin tez-tez istifadəçilərə xəbərdarlıq etməsinə baxmayaraq, yenə də, problem həll olunmur. Günün istənilən saatı parklarda, dənizkənarı bulvarda gəzintiyə çıxanda, mütləq ki, bir skuterlə toqquşma həddinə çatırıq. Onlar gah ya bir-birləri ilə yaraşırlar, gah zolaq olmasına rəğmən üstümüzə çıxırlar, gah da kimisə yıxıb yerə, şəhərə çıxdığına peşman edirlər. Maraqlıdır ki, bu skuter istifadəçilərinin çoxu da, azyaşlılar, yeniyetmələrdir.
Bəs görəsən, azyaşlıların skuter idarə etməsi ilə bağlı qanunda hansısa məsuliyyətə dair maddə nəzərdə tutulubmu?
Hüquqşünas Ramil Süleymanov  bildirib ki, 16 yaşdan aşağı şəxsin törətdiyi inzibatı pozuntularla bağlı tədbir görülə bilmir:
“Bir sıra inkişaf etmiş ölkələrdə skuterlərlə bağlı qadağalar tətbiq olunur və onlar nəqliyyat vasitəsi kimi dövriyyədən çıxarılıb. Buna misal kimi Fransanı göstərə bilərik.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinə əsasən isə, inzibati məsuliyyətə cəlb etmənin yaşı 16-dır. Lakin təəssüf ki, qanunda müəyyən olunmuş yaşdan aşağı uşaqların da, skuter sürmələri faktı mövcuddur. Buna görə də, onlar tərəfindən vurulmuş zərərlər, törədilmiş inzibati pozuntular cəzalandırıla, barələrində hər hansısa tənbeh tədbirləri görülə bilmir.
Lakin hesab edirəm ki, skuter icarəyə verən hüquqi və ya fiziki şəxslər bu məsələdə məlumatlandırılmalıdırlar. Çağırışlarda mütləq bildirilməlidir ki, skuterlərin azyaşlılar tərəfindən idarə olunması nəticəsində törədilən inzibati xətaya, və ya yaxud onların vurduqları maddi zərərə görə birbaşa valideynləri məsuliyyətə cəlb olunacaq.
Bu problemin həlli ilə bağlı qanunvericiliyə əlavə və düzəlişlərin olunması, həmçinin valideynlərin məsuliyyətinin müəyyən olunmasını təklif edirəm”.
Nəqliyyat sahəsi üzrə eksperti Eldəniz Cəfərov isə bildirib ki, skuter problemini yalnız cərimə ilə tənzimləmək olar:
“Bakıda elektrikli skuterlərin, xüsusi elektrikli fərdi nəqliyyat vasitələrinin istismarı ilə bağlı qanunvericilikdə xeyli dəyişikliklər edilib. Lakin gənclər bu qayda-qanunlardan xəbərsizdirlər və bir çox hallarda onları pozurlar. Məhz bu pozuntular da, ağır faciələrə, yol qəzalarına səbəb olur. Buna görə də, qanunvericilikdə əksini tapan tənbeh kimi cərimələrin edilməsi qaçınılmazdır. Məsələni yalnız cərimə ilə tənzimləmək olar.
Bununla yanaşı nəqliyyat vasitələrini kirayə verən şirkətlər də, qarşılarına qoyulmuş tələblərə əməl etməli və skuter kirayə götürən müştərilərə qaydalar barədə əvvəlcədən məlumat verməlidirlər. Onlara yol hərəkəti haqqında qanundakı dəyişikliklər, cərimələrlə bağlı məlumatlar, skuterdən istifadə qaydaları bildirilməlidir. İstifadəçi bütün tələblərlərlə razılığını bildirdikdən sonra kirayə götürməsinə icazə verilməlidir”,-deyə ekspert fikrini yekunlaşdırıb.(lent.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri