Icma.az
close
up
RU
Platforma Asiyada əməkdaşlığa töhvə verir Vüqar Bayramov

Platforma Asiyada əməkdaşlığa töhvə verir Vüqar Bayramov

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısı öz işinə başlayacaq. Azərbaycanın 2024-cü ildən etibarən sədrlik etdiyi və 28 dövlətin təmsil olunduğu bu platformaya 10 ölkə müşahidəçi statusu ilə qoşulub. Platforma Asiyada əməkdaşlığa töhvə versə də söhbət sadəcə Asiya ilə məhdudlaşan tərəfdaşlıqdan getmir. Çünki, sözügedən platforma daha geniş coğrafiyanı əhatə edir. ABŞ, Ukrayna, Belarus kimi Asiya qitəsində yerləşməyən dövlətlər də paltformada müşahidəçi statusu ilə təmsil olunurlar".

Redaktor.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov feysbuk hesabında yazıb.

"İqtisadi gücünə görə dünyanın dörd ən böyük ölkəsindən üçü bu platformada təmsil olunur. Söhbət bir üzv, iki müşahidəçi statusu ilə təmsil olunan dövlətlərdən gedir. Platformaya üzv olan dövlətlər qlobal ümumi daxil məhsulun 40 faizini formalaşdırırlar.

Deməli, söhbət 47 trilyon dollardan çox iqtisadiyyatı olan dövlət rəsmillərinin Azərbaycan paytaxtında toplaşmasından gedir. Bununla yanaşı, ABŞ və Yaponiya kimi qlobal güclər də AQEM-də müşahidəçi statusu ilə təmsil olunurlar. Bu baxımdan, bütövlükdə daha böyük iqtisadi gücdən söhbət gedir.

Azərbaycanın AQEM-ə üzv olan dövlətlər ilə iqtisadi əlaqələrinin daha da genişləndirilməsi daha da prioritetləşməkdədir. Prezident İlham Əliyev ilə Kambocanın Baş nazirinin və eləcə də Laosun Prezidentinin mətbuata bəyanatlarında da mövcud imkanların, iqtisadi və investisiya prioritetlərimizin daha yaxından tanıdılması, sıx iqtisadi əməkdaşlığın qurulması yollarını müəyyənləşdirməsi əsas tərəfdaşlıq istiqamətləri sırasındadır.

Azərbaycan bölgədə sülh və stabilliyin əldə edilməsində və qorunub saxlanmasında maraqlı ölkədir. Böyük coğrafiyada yerləşən dövlətlər ilə əlaqələrin son illər daha da gücləndirən Azərbaycan bir sıra region ölkələri ilə birgə layihələri də reallaşdırır. Yeni qlobal və regional düzən fonunda Azərbaycanın geo-siyasi mövqeyi daha da güclənməkdədir. Bu Zirvə toplantısının Bakıda təşkili Azərbaycanın gücünü və bölgədəki nüfuzunu bir daha təsdiq edir".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Oktyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri