Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyevi qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Qeyd edilib ki, görüşdə Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regionda nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Nazir Azərbaycanın TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiyini, Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının inkişafında fəal rol oynadığını qeyd edib. Bu çərçivədə, Azərbaycanın əlverişli coğrafi mövqeyinin, müasir nəqliyyat infrastrukturunun, tranzit imkanlarının səmərəli və dayanıqlı inkişafa mühüm töhfə verdiyi bildirilib.
Azərbaycanın təşəbbüsü və səyləri nəticəsində nəqliyyat infrastrukturunun inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, dəmir yolu və avtomobil nəqliyyatı bağlantılarının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Orta Dəhlizin potensialının daha da artırılması, marşrut üzrə yükdaşımaların həcminin genişləndirilməsi, tranzit prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması, habelə iştirakçı ölkələr arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər həmçinin regional nəqliyyat bağlantılarının inkişafı imkanları, eləcə də digər qarşılıqlı maraq doğuran mövzularda fikir mübadiləsi aparıblar.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 17 Sentyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















