Pley offa yüksəlsək də, böyük sevinc hissi yaşamadıq Şahruddin
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Çempionlar Liqasının liqa mərhələsinin son turunda "Liverpul"a 0:6 hesablı məğlubiyyəti şərh edib.
QOL.az xəbər verir ki, Rusiya mətbuatına danışan millimizin qolkiperi komandasının tarixində ilk dəfə ÇL-in pley-offuna vəsiqə qazanmasına rəğmən, bu nəticədən sonra məyus olduqlarını gizlətməyib:
"Liverpul"la qarşılaşmadan sonra pley-offa yüksəldiyimiz üçün elə də böyük sevinc hissi keçirmədik. Belə böyük hesabla məğlub olmaq planlarımıza daxil deyildi. Dünya futbolunun nəhənginə qarşı başabaş mübarizə aparmaq, sona qədər döyüşmək niyyətində idik. Təbii ki, nəticə bizi məyus etdi, lakin olan oldu.
Əslində, "Ayntraxt"la oyundan sonrakı sevincimiz daha səmimi və coşğulu idi. Çünki həmin vaxt pley-off mərhələsini 99 faiz təmin etdiyimizi anlayırdıq. Tam arxayınlaşmasaq da, Liverpuldakı matçla müqayisədə daha güclü emosiyalar yaşamışdıq".
Xatırladaq ki, "Qarabağ" liqa mərhələsini 22-ci pillədə başa vuraraq tarixi uğura imza atıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 29 Yanvar 2026 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















