Azərbaycan dilini tam bilməsəm də... Şahruddin
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev ünvanına yönələn tənqidlərə cavab verib.
"Unikal" xəbər verir ki, o, bu barədə özünün İnstaqram hesabında paylaşım edib. 31 yaşlı futbolçu Azərbaycan dilində səlis danışmaması fonunda sosial şəbəkələrdə tənqid edilmişdi.
Şahruddin Məhəmmədəliyev paylaşımında yazıb:
“Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xoşbəxtəm. Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır”.
Xatırladaq ki, Dağıstanda doğulan Məhəmmədəliyev 2013-cü ildən Azərbaycanda oynayır. O, milliləşdirilmiş futbolçudur. O, əvvəlcə Azərbaycanın U-21, sonra isə əsas millisinə cəlb olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 19 Noyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















