Icma.az
close
up
RU
Poeziyamızın səs çələngi

Poeziyamızın səs çələngi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əminə Yusifqızı – 90

Gözəl aktrisa, əvəzolunmaz bədii qiraət ustası Əminə Yusifqızı öz sənəti ilə milyonların sevgisini qazanmış səhnə ustalarındandır. “Şöhrət” ordenli Xalq artistinin ecazkar ifaları həzin musiqili poetik təsir bağışlayırdı.

Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. Hələ balaca ikən tez-tez dindar nənəsinə qoşularaq məscidə gedib, onunla bərabər mərsiyələr oxuyub.

Məktəb yaşlarında olanda isə Gənc Tamaşaçılar Teatrında maraqlı çıxışları ilə öz istedadını göstərə bilib. M.F.Axundzadə adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirsə də, doğma dilimizin şəhdi-şəkərini ruhunda yaşadıb, unudulmaz ifaları ilə sevdirib. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyub.

Gözəl sənətkar 10 il Gənc Tamaşaçılar Teatrında, 10 il də Akademik Milli Dram Teatrında, ardınca isə “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Ən müxtəlif rolları məharətlə oynayıb, dublyaj, səsləndirmə sahəsində çalışmaları ilə fərqlənib. Bədii qiraət ustası kimi isə sənətsevərlərin bədii zövqünün inkişafına gen-bol xidmət edib. Radio və televiziya aktrisanın tez-tez gedib çıxış etdiyi ünvanlardan idi.

Onun sənət yolu, sözün əsl mənasında, daşlı-kəsəkli olub. Aktrisa olmasına qardaşı bilmərrə razılıq vermədiyi üçün gənc Əminə anasının dəstəyi ilə, gizli şəkildə teatra gedib-gəlib. 1-ci kursdan sənət karyerasını qurmağa başlayıb. Yenicə ailə qursa da, kirayədə yaşadığı evlərdə azyaşlı övladı Səadəti böyütməklə bərabər, sənət uğurları üçün möhkəm bünövrə qoyub.

Amma Əminə xanımın ailə izdivacı sonacan davam etməyib. Həyat yoldaşının ailəsi ona təzyiq göstərirdi ki, səhnədən uzaqlaşsın. Taleyin istehzasına baxın ki, erkən yaşlarında qardaşı, sonra da qayınanasıgil Əminə xanımın sənət meracına mane olmaq istəyiblər. Bir gün məsələ qəti qoyulanda isə aktrisa həyat yoldaşına sənəti seçdiyini deyərək ondan ayrılmalı olub (sonralar hər dəfə nakam şairimiz Mikayıl Müşfiqin məşhur “Necə əl çəkim” şeirini özünəməxsus sənət yanğısı ilə səsləndirəndə də, sanki, həmin ayrılıq məcburiyyətinə etiraz duyğularını ifadə edirdi). Şəxsi səadətini sənətinə qurban versə də, onun adı Azərbaycan mədəniyyəti tarixinə müqtədir aktyor, qiraət ustası kimi düşüb.

Əminə Yusifqızı teatrda Humay (“Komsomol poeması”, İsgəndər Coşğun), Ülkər (“Söz yarası”, Qeybulla Rəsulov), Əliman (“Ana tarla”, Çingiz Aytmatov), Esse (“Şeytanın şagirdi”, Bernard Şou) və sair kimi parlaq obrazlar yaradıb. Kino sahəsində isə “Şərikli çörək”, “Sən niyə susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” kimi filmlərdə, eləcə də televiziya tamaşalarında çəkilib. Prezidentin fərdi təqaüdünə, Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Görkəmli Xalq artisti bütün varlığı ilə poeziyanı duymaq, onu hisslərlə dolu şəkildə dinləyiciyə çatdırmaq bacarırdı. Onun səsi və ifa tərzi Azərbaycan ədəbiyyatının ruhunu incəliklərinə açıqlayırdı. Təsadüfi deyil ki, dinləyicilər Əminə xanımı “sözün səsi” kimi qəbul edirdilər. Bu səsdə həm zəriflik, həm güc, həm də dərin hisslər vardı. O, şeir deyəndə səs tonunu elə idarə edirdi ki, dinləyici yalnız qoşmanı, qəzəli eşitmirdi – poetik duyğuları iliyinə qədər yaşayırdı. Əlbəttə, bu, illərlə formalaşmış sənətkarlıq və daxili duyumun nəticəsidir. “Yenə o bağ olaydı” (M.Müşfiq), “Yaman darıxmışam səninçün, yaman” (B.Vahabzadə), “Gedək biz olmayan yerə” (R.Rövşən) şeirlərinin qiraətindən bu, daha aydın görünür.

Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla ruhumu dindirəydin,
Məni sevindirəydin.

Müsahibələrinin birində Mikayıl Müşfiqin, Bəxtiyar Vahabadənin, Rəsul Rzanın şeirlərinə daha çox könül verdiyini bildirib və ardınca deyib: “Mən hazırda Dağlı məhəlləsinə yaxın yerdə yaşayıram. Bu dağlılar hər zaman məni görəndə deyirlər ki, “sən bizimsən, bizim”. Çünki ilk dəfə Mikayıl Müşfiqin şeirlərini mən səsləndirmişəm. Bununla da fəxr edirəm”.

Unudulmaz sənətkar ötən ilin oktyabrında, 89 yaşında işıqlı dünyaya əlvida deyib. Sevənləri onunla göz yaşları içində vidalaşıblar. Onun haqqında sənətçi dostlarının bəzi fikirlərini təqdim edirik.

Əməkdar jurnalist Akif Əli: “Əminə xanımla biz 1980-ci illərdən kino, radio, televiziya sahələrində yaxından əməkdaşlıq etmişik. O, Azərbaycan Radiosunda gözəl jurnalist Mailə Muradxanlının ssenari müəllifi, mənim redaktoru olduğum çox populyar “Sabahınız xeyir” əyləncəli proqramının əvəzolunmaz aparıcısı idi. Mən AzTV-də Baş redaktor olanda da gözəl qiraət ustası kimi Əminə Yusifqızını daim verilişlərimizə dəvət edirdim. Onun ifası bənzərsiz idi, səsi, nəfəsi ovsunlayıcı təsirə malik idi”.

Xalq artisti Şəfiqə Məmmədova: “Əminə Yusifqızı yaxşı dost, nümunəvi insan idi. Onun gözəl səsi xatirəsini əbədi yaşadacaq. Bu səs ilahi səs idi. Onun televiziya layihələri, səsləndirdiyi filmlər, bədii qiraəti, doğrudan da, bənzərsiz idi”.

Xalq artisti Fərhad Bədəlbəyli: “Əminə Yusifqızı mənim üçün çox əziz insan idi. Atamla birgə çalışıb və birlikdə neçə-neçə gözəl tədbirlər təşkil ediblər. Əminə Yusifqızı həm gözəl, həm də azad xanım idi. Heç kimin qarşısında başını aşağı salmazdı, heç kimdən heç nə xahiş etməzdi. Onun səsi daim yaşayacaq”.

Ə.DOSTƏLİ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri