Icma.az
close
up
RU
Milli poeziyamızın Firuzəsi

Milli poeziyamızın Firuzəsi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

  Firuzə Məmmədli – 85

Adının mənası çox nadir və qiymətli daşı ehtiva edən Firuzə Məmmədli  Azərbaycan poeziyasının nadir istedad sahibi olan qadın təmsilçisidir. Qədim dövrlərdən zərgərlikdə istifadə edilən firuzə bərəkət və var-dövlət rəmzi hesab edilir. Bu adı daşıyan xanım şairimiz də elə öz poetik nəfəsi ilə milli ədəbiyyatımızı zənginləşdirir.  

  Firuzə Məmmədli 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində dünyaya göz açıb. Orta məktəbi gümüş medalla bitirəndən sonra Quba tibb məktəbində oxuyub. Amma ədəbiyyata sevgisi üstün gəlib və o, Bakıda APİ-nin (indiki ADPU) filologiya fakültəsinə daxil olaraq ali təhsilini fərqləmə diplomu ilə başa vurub. Bir müddət institutun Naxçıvan filialında, eyni zamanda oradakı pedaqoji məktəbdə çalışıb. 1970-ci ildə APİ-nin Azərbaycan dilçiliyi kafedrasına keçirilib. Yurdumuzun şimal, şərq və qərb guşələrində görüb-götürdüklərini, hiss və həyəcan yaşantılarını qəlbinin süzgəcindən keçirərək gözəl poetik nümunələrə çevirib. Şair olmaqla bərabər, tərcüməçi, ədəbiyyatşünas, publisist kimi tanınıb.  

İlk dəfə onun şeirlərini, təxminən, 40–45 il əvvəl “Azərbaycan” jurnalından oxumuş və xeyli təsirlənmişdim. “Bahar ritmləri”ndə yaz duyğularını bir rəssam kimi sözlə çox gözəl çəkmişdi:

Elə cilvələnir aşığın təbi,

Əli üzüləmmir saz ətəyindən.

Açır boxçasını axır ki düzlər,

Bənövşə tökülür yaz ətəyindən.

Artıq yarım əsrdən çoxdur ki, sərasər paytaxtda yaşayıb-yaradan Firuzə Məmmədli   həm zərif qadın duyğularının, həm də əsl vətəndaş mövqeyinin tərcümanına çevrilib. İndiyədək 37 kitabı çap olunub. “Gümüşü damla” ilə “Ömrün axarı”nı tutub, “Yetkinliy”ini “Savaş fəsli” sayıb “Bir qarış ucalıq”la öyünüb, qalib ədası ilə “Nə yaxşı yaxamda söz medalım var”, – deyib və görüb ki, elə həmişəki kimi, “Dünya gözəlliklə dolu”dur. 10 cildlik “Seçilmiş əsərləri” isə onun poetik, füruzeyi mineral daşları kimi diqqət çəkib və layiqli dəyər qazanıb. 

Deyən, darısqaldı fikrimin yolu,

Odur ki, dilimdən fışqırıb çıxır.

Ahıl duyğuların əsarətindən

Deyərsən, kəlmə yox, muştuluq çıxır.

Ədəbi həyata tükənməz yaradıcılıq enerjisi ilə qoşulan, gözəl hekayə və povestlərin də müəllifi olan Firuzə xanım bir filoloq kimi, könlünü elmi fəaliyyətdən də əsirgəməyib. “Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını alıb. Müxtəlif illərdə “Bədii dilin estetik mənbələri” (dərs vəsaiti), “Y.V.Çəmənzəminlinin tarixi romanlarının (“Qızlar bulağı” və “Qan içində”) dil və üslub xüsusiyyətləri” (monoqrafiya), “Azərbaycan dilinin linqvistik poetikası və mətnin təhlili” (proqram), “Azərbaycan dilinin linqvistik ekvivalentlər” (dərs vəsaiti) ilə müəllimlik, alimlik bacarığını da sərgiləyə bilib. 

İnamla “Aşacağam zaman adlı sədləri” deyən Firuzə Məmmədli 1992-ci ildə Türkiyədə düzənlənən beynəlxalq şeir müsabiqəsinin “Əlişir Nəvai” mükafatını qazanıb. Daha sonralar Beynəlxalq “Rəsul Rza”, “Qızıl kəlmə”, “Nəsimi”  mükafatlarına layiq görülüb. “Tərəqqi” medalı, “Əmək” ordeni də, xarici ölkələrdə keçirilən şeir şölənlərinin, müsabiqələrin xüsusi diplom və sertifikatları da onun ömür yoluna işıq saçan qəndillərə dönüb. Onun İstanbulda nəşr olunan  “Söz pilləkəni” adlı şeirlər toplusu qardaş ölkədə maraqla qarşılanıb. 

Yaddaşımda nə ki vardı, cəm etdim,

Gündüzləri gecələrə şam etdim.

Vərəqləri qələmimlə şum etdim,

Sözüm bitib-tükənmədi, nə yaxşı?!

Azərbaycan qadın şairləri antologioyasında halal-hümmət yerini layiqincə tutan   Firuzə Məmmədli Məhsəti Gəncəvi, Natəvan, Heyran xanım, Kəminə, Aşıq Pəri, Ağabəyim Ağa, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Hökumə Bülluridən qəbul etdiyi estafeti ürəklə daşıyıb irəli aparan qələm sahibidir. 

Ədəbiyyatımızın ağbirçəyi, poeziyamızın Firuzəsi şeirlərinin birində deyir: “Vaxtın məndə əriyən saatına quruldum”. Arzu edirik ki, bu saatın həyat dolu səsi hələ uzun illər sonra da eşidilsin. 

Əli NƏCƏFXANLI 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:462
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri