Icma.az
close
up
RU
Pol Oster və ABŞ demokratiyası

Pol Oster və ABŞ demokratiyası

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Pol Oster elə bir yazıçıdır ki, hansısa əsəri bağlı danışarkən onunla bağlı heç bir əlavə şərtə ehtiyac qalmır. Ol səbəb, bu yazıda da Pol Osterin özü, həyatı haqqında yox, birbaşa olaraq “Leviathan” romanı haqqında danışmaqda fayda vardır.

Əvvəla, nədir “Leviathan?” sualına cavab versək, belə deyə bilərik:

“Leviathan” sözünün hərfi mənası nəhəng dəniz məxluqudur. Bibliyada, miflərdə bu məxluq xaos, qüvvə və qorxunun simvolu kimi çıxış edir.

Elə məhz bu romanda da.

Belə demək olarsa, roman Benjamin Sachs ölümü, bomba partlaması ilə başlayır. Bundan sonra onun dostu və həmkarı Peter Aaron hadisəni araşdırmağa başlayır və oxuculara Benjaminin həyatının, münasibətlərinin və daxili mübarizəsinin tarixçəsini təqdim edir. Romandan bir neçə mesaj çıxartmaq olar. Məsələn, Sachsla Peter arasındakı dostluq və rəqabət, əslində, dostluq və xəyanəti xarakterizə edir.

Ancaq başqa bir məqam odur ki, roman baş qəhrəman olan Benjamin Sachsın hekayəsi ilə başlamış kimi görünsə də, belə deyil. Daha dəqiq, biz onu və hekayələri ikinci şəxsdən-dostu, qələm yoldaşı Peter Aaronun dilindən eşidirik.

Bu, əlbəttə, hər şeydən əvvəl özlüyündə bir postmoderen gedişdir.

Romanın ümumi məğzini belə də şərh etmək olar:

“Bu roman həm də bir portretdir;xatirələrdən ibarət, yaddaş, şüur axınından ibarət bir portret.

Kimdir Snachs?

Keçmişi idealist, sol görüşlü, ədalətə inanmış bir yazıçı, ancaq sonradan cəmiyyət və siyasi səbəblərdən dəyişən, ikili şəxsiyyəti olan bir şəxs. Üstəlik, faciələr fonunda həyatı tamamilə dəyişən bir adam.

Sachs artıq bir məqamda radikal qərarlar verir, hökumətə və sistemə qarşı gizli fəaliyyətlərə başlayır. Nəticədə isə, əlbəttə, faciəli şəkildə ölür. Məhz roman da onun bu sirli ölümündən başlayır.

Nədir bu romanı siyasi edən?

Dəqiq desək, Pol Oster bu roman vasitəsi ilə ABŞ-nin demokratik görüntüsü altında gizlənən sosial ziddiyyətləri göstərir. Bir növ Sachs radikallaşır, onun əməlləri fonunda isə oxucu sistemin ikiüzlülüyünü daha açıq şəkildə özü üçün ifşa edir.

Romanın bütün qayəsi bir neçə sual ortaya qoyur ki, o suallardan biri indi də aktualdır.

Söhbət romanı oxuduqca yaranan “Yazıçı təkcə əsərini yazmalıdır, yoxsa aktiv şəkildə cəmiyyətin dəyişməsinə qoşulmalı, siyasətlə də məşğul olmalıdır?” sualından gedir.

Pol Oster yazıçı kimi təsadüflərə, insan həyatında baş verən gözlənilməz hadisələrə görə dəyişimə inandığı üçün, bu romanda da əsas xəttlərdən biri budur. Burada da insan həyatı gözlənilməz şəkildə, məhz təsadüflər nəticəsində dəyişir.

Romanın siyasi xətti bir az dövlətlə rəqabət aparmağın mənasızlığı, daha dəqiq, fərdlərin nə qədər gücsüz olduğunu göstərir. Başqa bir misal, məsələn, kifayət qədər məşhur olan “1984” siyasi romanının da əsas xətti budur. Dolayısı ilə, roman həm də passifizm aşılayır.

Roman sistemə qarşı çıxan, radikallaşan yazıçı obrazını mərkəzə alsa da, göstərilən radikallıq müdafiə də edilmir, rədd də edilmir.

Əgər tənqid etmək lazım gələrsə, bu romana həm də “ideaların yarımçıq olduğu, sualların havada qaldığı” roman demək olar.

Pol Osterin bu romanı üçün də eyni nəticəni çıxartmaq mümkündür.

Verilən mesajlar, göstərilən məsələlər aydındır, ancaq heç bir alternativ yoxdur. Bu romana ona görə də siyasi yox, daha çox hisslərlə yanaşmaq, psixoloji olaraq baxmaq lazımdır. Yoxsa ki, mübarizə, dövlət, nə etmək lazımdır?-heç bir suala cavab yoxdur.

Daha dəqiq desək, yazıçının siyasi mübarizəyə qoşulması burada faciəvi şəkildə göstərilir. Əsərin qəhrəmanı siyasi proseslərə qoşulmaq yolunu tutur və məğlub olur. Digər tərəfdən, yazıçının da heç bir gücünün olmadığı göstərilir.

Romanı maraqkı edən digər bir detal isə, romanda bir yox, iki yazıçının olmasıdır. Romanı yazanın da yazıçı olması bu sayı və romana olan marağı artırır.

Pol Oster burada həm də iki yazıçı fonunda özünü gizlətməyə çalışır.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Noyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see301

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see292

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see278

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see240

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see229

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see224

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see218

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see209

Tbilisidə Azərbaycan və gürcü rəqslərini birləşdirən yeni dərnək açılıb

30 Avqust 2026 02:08see206

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see202

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see197

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see196

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see190

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see189

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see187

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see185

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see185

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see170

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see167

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri