Icma.az
close
up
RU
Polad Bülbüloğlu evləndi... Günahkar mediadır?

Polad Bülbüloğlu evləndi... Günahkar mediadır?

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Günel Novruzun "Polad Bülbüloğlu evləndi, günahkar mediadır?" yazısını təqdim edir.

Bizdə elə bir qəribə "etik" ab-hava hüküm sürür ki, tanınmışların kürsüdən kənardakı addımları müzakirə olunanda hamı dərhal başımıza dahi mütəfəkkir kəsilir və ilk növbədə mediaya daş atmağa başlayırlar.
Əslində, hər şey sadə bir məlumatın mediada yayılması ilə başladı: Milli Məclisin Mədəniyyət komitəsinin sədri, tanınmış bəstəkar, müğənni, bir neçə ölkənin Xalq artisti (yəni kifayət qədər məşhur ictimai və rəsmi fiqur) Polad Bülbüloğlunun növbəti evlilik xəbəri ilə...
Şəxsən mən bununla bağlı hanısa təhlil, tənqid səciyyəli bir yazıya rast gəlmədim mediada. Sadəcə xəbərləri oxudum. Bəli, birmənalı olaraq şəxsi həyat toxunulmazdır, amma heç kim Xalq artistimizin şəxsi həyatına toxunmur axı. Media sadəcə ictimai olan faktı yazıb.
Ancaq bir çoxlarının, hətta tanınmış şəxslərin aqressiv reaksiyası yenə başıbəlalı mediaya ünvanlandı: Jurnalistləri etikadan kənara çıxmaqda, hətta az qala "paparassilik" etməkdə suçladılar. (Evlənmək də nə vaxtdan etikadankənar sayılmağa başlanıb onu da bilmirəm?)
Halbuki məsələnin dərinliyinə varanda ortada nə gizli izləmə, nə də şəxsi toxunulmazlığın kobud şəkildə pozulması var. Sadəcə olaraq, ictimai status daşıyan şəxslərin həyatındakı dəyişikliklər cəmiyyətin diqqət mərkəzindədir və dünya təcrübəsində də bu, tamamilə normal qəbul edilir.
Bizdə hər hansı rəsmi və ya mədəniyyət xadiminin şəxsi həyatından yazılan kimi dərhal "bu, özəl həyatdır, dəyməyin" səsi qaldırılır. Amma gəlin, qlobal media praktikalarına baxaq. Dünya mediasında ictimai əhəmiyyət kəsb edən fiqurların ailə həyatı, evlilikləri və ya boşanmaları hər zaman açıq informasiya məkanının bir hissəsidir.
Məsələn, dünyanın ən tanınmış simalarından biri, "Amazon"un qurucusu Ceff Bezosun Laura Sançezlə evlilikqabağı və evlilik xəbərləri qlobal medianın manşetlərindən düşmədi. Heç kim bu xəbəri yayan media orqanlarını "mədəniyyətsizlikdə" günahlandırmadı, çünki söhbət qlobal miqyasda tanınan ictimai fiqurdan gedir.
Ya da digər bir misal: Tanınmış aktyor Keanu Rives və Aleksandra Qrantın evliliyi... Hollivud ulduzlarının münasibətləri, birgə addımları və şəxsi həyatlarındakı yeniliklər hər zaman jurnalların və xəbər portallarının diqqət mərkəzindədir. Cəmiyyət və media üçün bu cür xəbərlər qapalı qutu deyil, əksinə, oxucu marağının təbii təminatıdır.
Dünya mediası başa düşür ki, ictimai fiqur statusu daşıyan şəxs yalnız səhnədə və ya kürsüdə olanda ictimai deyil, onun həyatının əsas məqamları da cəmiyyət üçün maraq doğurur.
İndi gəlin, bizdəki konkret duruma baxaq. Polad Bülbüloğlunun üçüncü dəfə ailə qurması və ya şəxsi həyatındakı dəyişikliklərlə bağlı yayılan xəbərlər müzakirə mövzusu olanda, Xalq yazıçısı Çingiz Abdullayev sosial şəbəkədə sərt çıxış edərək jurnalistləri hədəf aldı. O, medianı mədəniyyətsizlikdə suçlayaraq, yeganə marağın şəxsi həyat olmasını tənqid etdi. Polad Bülbüloğlunun özü də məlumatı təkzib edərək hüquqi addımlar atacağı ilə hədələdi.
Pəncərənin bu tərəfindən baxanda sual yaranır: Kim kimin arxasından paparassi kimi qaçıb ki? Polad Bülbüloğlunun və ya başqa bir məmur-ziyalının ardınca heç kim gizli kamerayla düşüb evinin pərdəsini çəkməyib. Ortada olanlar sadəcə ictimai görünütülər, cəmiyyətdə dolaşan və müzakirə edilən real məlumat axınıdır. Jurnalistlərin etdiyi yalnız mövcud informasiyanı oxucuya çatdırmaq olub. Fakt qalır qıraqda, onu xəbər edəni günahlandırırlar, əcəb məntiqdir...
Təkcə evlənib - ərə gedənlərlə bağlı bu suçlandırma yekunlaşsaydı, dərd yarıydı. Bizdə qanunsuz əmlakları ortaya çıxan, rüşvət alan, korrupsiyaya bulaşan – bir sözlə, qanunsuzluq, ədalətsizlik edən hansısa məmurlar qalır qıraqda, bunu xəbərə çevirən media dərhal "günah keçisi" elan edilir, hədəfə alınlır, təhqiramiz ifadələrlə ələ salınır, bəzən məhkəmə və sair ilə hədələnir də... Jurnalistə yönələn sərt reaksiya əslində problemi həll etmir, əksinə, ölkədə sərbəst informasiya mühitinə və mediaya olan basqıları bir daha üzə çıxarır.
Sonda bir daha xatırlatmaq yerinə düşər ki, jurnalistika xəbər vermək sənətidir. Əgər ictimai statusda olan bir şəxs öz addımları ilə cəmiyyətin diqqətini çəkirsə, bu barədə yazmaq qəbahət deyil. Qəbahət olan – hər dəfə medianı boğmağa çalışmaq, xəbər daşıyıcısını düşmən elan etmək və dünya standartlarından illərlə geri qalan qapalı cəmiyyət modeli yaratmaq istəyidir. Jurnalisti hədəfə almaqla problemlər yox olmur, sadəcə üzəri örtülür.
Sabir demişkən: “Niyə bəs boylə bərəldirsən, a qare, gözünü?/Yoxsa bu ayinədə əyri görürsən özünü?!”
P. S. Həə, bu şəxsi həyatındakı dəyişiklik xəbərindən istifadə edib Polad Bülbüloğlunu hədəfə çıxaran, ona qarşı qara piar aparan, ya da onunla köhnə haqq-hesablarını çürütmək istəyənlər varsa, bu da medianın günahı deyil. Kimlərsə dava meydanı olaraq mediadakı xəbərləri əsas götürüb sonra sosial mediaya və öz quraşdırdıqları “mediada” dalaşırlarsa, burda niyyəti xəbər yazmaq olanların bir günahı yoxdu…

Müəllimlik - Mövlud Mövludun hekayəsi Vikinq döyüşçülərinin adları niyə Ayasofiyadadır? "Sevgi insanı canından bezdirmək üçün göydən göndərilmiş bir şeydir..." - Dolli Partondan unudulımaq deyimlər
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 Sentyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see350

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see326

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see293

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see260

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see249

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see234

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see228

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see226

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see225

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see215

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see210

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see210

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see210

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see208

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see204

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see198

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see196

Natavan Həbibinin hovuz paylaşımı müzakirə yaratdı (Foto Video)

30 Avqust 2026 17:06see178

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see170

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri