Icma.az
close
up
RU
Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan təntənəli gecədən FOTOLAR

Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan təntənəli gecədən FOTOLAR

Manset saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunan “Qayıdış” adlı gecə keçirilib. 
Manset.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan konsert proqramını dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Polad Bülbüloğlu musiqisinin pərəstişkarları izləyiblər.
Əvvəlcə gecənin aparıcısı Polad Bülbüloğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüldüyünü bildirib, sərəncamın mətnini oxuyub. 
Sonra Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qonşu ölkənin dövlət başçısının, Baş nazir və bir sıra hökumət üzvlərinin qocaman sənətkara yubiley təbriklərini çatdırıb. 
Daha sonra konsert proqramı təqdim olunub. Xalq artisti Polad Bülbüloğlu onilliklərdir musiqisevərlərin könlünü oxşayan əsərlərini, xalq mahnımızı ifa edib.
Gecədə həmçinin Azərbaycanın Xalq artistləri – Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov, Moskva Böyük Teatrının solistləri Yusif Eyvazov, Elçin Əzizov, Dinarə Əliyeva, Özbəkistanın və Azərbaycanın Xalq artisti Fərrux Zakirov, Əməkdar artist Nərgiz Kərimova öz ifaları ilə gecəyə rəng qatıblar.  
Tanınmış pianoçular, Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adigözəlzadənin müşayiətində müğənninin ifa etdiyi “Ave Mariya” (Dinara Əliyeva ilə duet) və “Sevgili canan” romansı xüsusi alqış doğurub. 
Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) ifasında təqdim olunan “Uzundərə”, “Sarı gəlin” və başqa rəqslər maraqla qarşılanıb. 
Konsertdə ifaçıları Murtuza Bülbülün dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. 
Konsert proqramının baş baletmeysteri Əməkdar artist Eteri Cəfərova, rejissoru Cavid İmamverdiyevdir. 
Yubilyar sənətkarın ifasında “Şən Azərbaycan” mahnısı ilə başlayan gecə bəstəkarın “Odlar yurdum mənim” nəğməsi ilə başa çatıb. 
Tamaşaçılar Azərbaycan musiqi mədəniyyətini əbədiyaşar əsərlərlə zənginləşdirən  bəstəkarın 80 illik ömür və yaradıcılıq hesabatının təqdim olunduğu gecədən unudulmaz təəssüratla ayrılıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 05 Fevral 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri