Icma.az
close
up
RU
Polad Bülbüloğlunun övladları Səsin davamçıları FOTOLAR

Polad Bülbüloğlunun övladları Səsin davamçıları FOTOLAR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, sabiq səfir Polad Bülbüloğlunun adı yenə gündəmdədir. Bu dəfə oğlunun yeni vəzifəyə təyinatı ilə bağlı.
Deputatın oğlu Murtuza Bülbül Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə dirijor təyin olunub.

Bəs Polad Büloğlunun neçə övladı var?
Modern.az saytı mövzunu araşdırıb.
80 yaşlı Polad Bülbüloğlu uzun illər siyasi və diplomatik fəaliyyətlə məşğul olub. İndi də Milli Məclisdə deputat kimi Mədəniyyət komitəsinə rəhbərlik edir.
1945-ci ildə Bakıda məşhur xanəndə Bülbülün ailəsində doğulmuş Polad Bülbüloğlu 1973-cü ildə Əməkdar incəsənət xadimi, 1982-ci ildə Azәrbaycanın Xalq artisti adına layiq görülüb. O, 1987-ci ildə Azərbaycan Dövlət Filormaniyasının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb.
1988-ci ildә Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunub. O zaman Azərbaycana Əbdürrəhman Vəzirov rəhbərlik edirdi.
Sonralar Azərbaycanda dörd dəfə rəhbərlik dəyişib və Polad Bülbüloğlu hakimiyyətə gələn bütün prezidentlər tərəfindən nazir postunda saxlanılıb. Əvvəlcə Ayaz Mütəllibov, sonra Əbülfəz Elçibəy, daha sonra Heydər Əliyev, ardınca İlham Əliyev.

Polad Bülbüloğlu 1988-ci ildən 2006-cı ilədək mədəniyyət naziri vəzifəsində işləyib. O, nazir vəzifəsində işləməklə yanaşı, həm də 1995-2000-ci illərdə Milli Məclisinin deputatı olub.
Heydər Əliyev hakimiyyətdən getdikdən 3 il sonra Polad Bülbüloğlu vəzifəsindən azad olunub. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə o, Azərbaycan Respublikasının Rusiya Federasiyasına səfiri təyin olunub. Və 2024-cü ilə kimi səfir vəzifəsində çalışıb.
O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində Milli Məclisin VII çağırış deputatı seçilib. 23 sentyabr 2024-cü ildə Prezidentin sərəncamı ilə Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Polad Bülbüloğlu Milli Məclisdə təkcə Mədəniyyət komitəsinin sədri deyil, o həm də Azərbaycan - Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Polad Bülbüloğlunun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun dövründən ta indiyədək vəzifədə çalışan yeganə şəxs olduğunu idda etsək, yəqin yanılmarıq.
 

Polad Bülbüloğlu təkcə siyasi və diplomatik fəaliyyət göstərməyib, o həmdə bəstəkar və müğııni kimi də tanınıb. O, bir sıra mahnıların müәllifi vә onların ifaçısıdır.  

O, 2005-ci ildə "İstiqlal", 2015-ci ildə "Şərəf", 2020-ci ildə "Heydər Əliyev" ordeni ilə təltif edilib.


Qeyd edək ki, Polad Bülbüloğlunun üç övladı var – 2 oğlu, bir qızı.
Böyük oğlu Teymur Məmmədov Polad Bülbüloğlunun birinci xanımı, məşhur ukraynalı opera müğənnisi Bella Rudenko ilə evliliyindən doğulub.
Bela Rudenko Polad Bülbüloğludan 12 yaş böyük olub. Onlar SSRİ Xarici İşlər Nazirliyinin qəbul evindəki tədbirlərdən birində tanış olurlar. Bu tanışlıq zamanı Polad Bülbüloğlunun 25 yaşı vardı, Bella Rudenkonun isə 37. 

Bella Rudenko keçmiş SSRİ-də “Sovet primadonnası” və “Ukrayna bülbülü” ləqəbi ilə tanınıb. O, tez-tez SSRİ respublakalarına və xarici ölkələrə qastrollara çıxır, konsertlər verirdi. Polad Bülbüloğlu ilə evlilikdən xeyli əvvəl - 1960-cı ildə SSRİ Xalq artisti adına layiq görülmüşdü.
1975-ci ildə Polad Bülbüloğlu ilə Bella Rudenko cütlüyünün evliliyindən Teymur adlı oğlan dünyaya gəlib. Polad Bülbüloğlu və Bella Rudenko boşananda Teymur anası ilə qalıb, lakin atasını görməyə davam edib və əlaqələri heç vaxt kəsilməyib.
Teymur Polad oğlu Məmmədov valideynlərinin sənətinin davam etdirərək, həyatını musiqiyə bağlayıb.
O, professor Popovun rəhbərliyi altında Çaykovski adına Moskva Dövlət Konservatoriyasının faqot sinfini bitirib. 1996-cı ildə hələ Moskva Konservatoriyasının tələbəsi olarkən Teymur Çaykovski adına Akademik Orkestrdə fəaliyyətə başlayıb. İki ildən sonra Konservatoriyanı bitirərək, orkestrdə faqot sinfi üzrə konsertmeyster olub. Bu müddət ərzində o, orkestrin Rusiya və xarici ölkələrdəki çoxsaylı çıxışlarında iştirak edib. Orkestrdə konsertmeyster olduğu qısa müddət ərzində Teymur yeni, orqanik faqot ansamblı yaradıb. Onun repertuarında simfonik orkestr üçün müxtəlif solo partiyalar var. Orkestrdəki fəaliyyəti ilə yanaşı, müxtəlif proqramlarda iştirak edib.
2005-ci ildə Teymur Polad oğlu Məmmədov dünyaca məşhur dirijor Vladimir Fadeseyevin başçılığı altında Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin konsertmeysteri kimi Rusiyanın Federasiyasının Əməkdar artisti adına kimi yüksəlib.
Teymur Məmədovun hazırda Rusiyada biznes fəaliyyətilə məşğuldur. Sahibkar kimi onun adına Rusiyada müxtəlif şirkətlər qeydiyyatdan keçib.

Qeyd etdiyimiz kimi, Teymur Məmmədov atası Polad Bülbüloğlu ilə əlaqələri heç vaxt kəsməyib və ata-oğul münasibətləri indi də normal olaraq davam edir. Onun hətta atasının ikinci aləsi, ögey bacı-qardaşı ilə də isti münasibətləri var, deyilənərə görə, Teymur ailə tədbirlərində yaxından iştirak edir.
Teymur Məmmədovun anası Bella Rudenko 14 oktyabr 2021-ci ildə 88 yaşında vəfat edib.
“Poladla ilk görüşdən və evlilikdən mən təəssüflənirəmmi?! Xeyr, bu evlilik bizi qovuşduran gözəl vaxt idi. Sonradan sıfıra enən böyük məhəbbət idi. Allaha təşəkkür etmək lazımdır ki, belə bir xoş duyğunu hiss etməyə imkan verib. Hisslərin sönməsindən sonra baş verənləri isə olduğu kimi qəbul etmək lazımdı. Fikirləşirəm ki, həyatın müdrikliyi məhz bundadı”, - deyə mərhum Bella Rudenko hələ sağlığında Polad Bülbüloğlu ilə ailə həyatına dair xatirələrini Rusiya mətbuatı ilə bölüşərkən bildirmişdi...
Polad Bülbüloğlunin ikinci evliliyi o, mədəniyyət naziri vəzifəsində işləyərkən gerçəkləşib. Məlumatlara görə, Gülnarə Şıxəliyeva Polad Bülbüloğlu nazir işləyərkən onun referenti olub. Və münasibətlər də buradan meydana gəlib.


Polad Bülbüloğlu-Gülnarə Şıxəliyeva cütlüyünün iki övladı doğulub: qızları Leyla və oğulları Murtuza.
Murtuzaya Polad Bülbüoğlunun atasının adı veriılib (Bülbülün əsl ad-soyadı Murtuza Məmmədovdur)
Murtuza Bülbül 2001-ci ildə dünyaya gəlib. O, musiqi təhsilinə Moskvadakı Bethoven adına Uşaq Musiqi Məktəbində başlayıb.
2020-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Akademik Musiqi Kollecini (xaric dirijorluğu şöbəsi, Leonid Pavlovun sinfi), ardınca isə Moskva Konservatoriyasının opera-simfonik dirijorluq fakültəsini (Vyacheslav Valeevin sinfi) fərqlənmə ilə bitirib. Həmçinin Vyana şəhərində Günter Neuholdun, Berlində isə Johannes Wildermanın rəhbərliyi altında ustalığını təkmilləşdirib.
Murtuza Bülbülün dirijor kimi debütü 2015-ci ildə Bakıda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə olub. O, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestri, Rusiyanın Dövlət Kinematoqrafiyası Simfonik Orkestri, Moskva Gənclər Kamera Orkestri və digər nüfuzlu kollektivlərlə çıxış edib.

Murtuza Bülbül dirijor kimi Almaniya, İtaliya və Qazaxıstanda qastrol səfərlərində olub. O, iki gün öncə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə dirijor təyin olunub.
Polad Bülbüoğlunun digər övladı Leyla 27 yaşındadır. Leyla da atasının yolu ilə gedib, musiqi təhsili alçıb. Leyla Bülbülün evli olduğu bildirilir.
2025-ci ilin fevralında Polad Bülbüloğlunun 80 illik yubileyi münasibətilə keçirilmiş konsertdə onun böyük oğlu Teymur, qızı Leyla və nəvələri də iştirak edib.

Onlar birlikdə səhnəyə çıxaraq Polad Bülbüloğlunun 80 yaşını təbrik ediblər.


"Sən təkcə bizim dayağımız deyil, həm də ən yaxın dostumuzsan. Sən bizə həyatı arzularımızın arxasınca getməyi və heç vaxt təslim olmamağı öyrətdin. Sənə baxanda biz sadəcə ata deyil, həm də milyonların qəlbində silinməz iz qoyan dahi bir şəxsiyyət görürük", - deyə sənətçinin qızı Leyla qeyd edib.
A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Dekabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri