Polad Həşimovun anası böyrəyini şəhid qızına vermək istəyib VİDEO
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
13 yaşlı Səlbi Cəfərli… Ölüm xəbəri ilə bütün ölkəni məyus etdi. Atası Zaur Cəfərov vətən uğrunda döyüşlərə qatılmış, düşmənin döyüş meydanında qoyub qaçdığı texnikanı hərbi qənimət kimi ələ keçirib tankın üzərinə şəhid olan döyüş yoldaşının adını həkk etdirmişdi.
Körpə balasının böyrək çatışmazlığından əziyyət çəkməsi belə polkovnik-leytenant Zaur Cəfərovu Vətənin harayına qaçmaqdan saxlaya bilməmişdi.
Bizlərə əmanət etdiyi balaca Səlbimiz dünən atasına qovuşdu. Bir müddət öncə şəhidlərin xatirəsinə həsr olunan tədbirdəki çıxışı hər kəsi kövrəltmişdi.
Atasından danışarkən bütün şəhid anaları başına toplanmışdı.
Şəhid generalımız Polad Həşimovun anası isə onu qucaqlayıb bildirmişdi ki, övladını vətən yolunda şəhid verib, bütün şəhid balaları onun da balasıdır.
Buna görə də öz böyrəyini balaca Səlbiyə vermək istəyir.
Bakupost.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 12 May 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















