Şəhid anası böyrəyini qızına bağışladı Fotolar
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Şəhid Elvin Novruzovun anası Gülşən Novruzova əməliyyat olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Yeni Klinikanın sosial şəbəkə hesabında paylaşım olunub.
O, xroniki böyrək çatışmazlığından əziyyət çəkən 23 yaşlı qızı Elvira Novruzovaya donor olub:
“Yeni Klinikada beşinci dərəcəli xroniki böyrək çatışmazlığı diaqnozu ilə müraciət edən 23 yaşlı qadın xəstə uğurlu böyrək transplantasiyası əməliyyatı nəticəsində sağlamlığına qovuşub. Donor isə pasiyentin 45 yaşlı anası olub”.
Məlumata görə, əməliyyat Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, cərrah-transplantoloq Eldar Əhmədovun rəhbərliyi ilə ümumi cərrahlar Lalə İsmayılova, Günay Allahverdiyeva və anestezioloq Mayıl Sədiyevin iştirakı ilə icra edilib:
“Donor üzərində laporoskopik (qapalı) üsulla həyata keçirilən əməliyyatdan və böyrək transplantasiyasından sonra hər iki pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib.
Hazırda müalicələri həkim-nefroloqlar Cəbrayıl Cəbrayılov və Nərmin Ömərli, eləcə də transplantasiya üzrə koordinator İntizar Məmmədovanın nəzarəti altında davam etdirilir”.
Qeyd edək ki, Elvin Novruzov Vətən müharibəsi şəhididir. O, Qubadlının azad edilməsi uğrundan gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Ölümündən sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.










Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 24 İyul 2026 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















