Icma.az
close
up
RU
Polarizasiya və UV400 Gözünüzü qorumağın qızıl qaydaları

Polarizasiya və UV400 Gözünüzü qorumağın qızıl qaydaları

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Yay fəslinin yaxınlaşması ilə gün eynəklərinə olan tələb də artır.
Yeniavaz.com
 xəbər verir ki, günəşli havalarda gözləri zərərli şüalardan qorumaq üçün keyfiyyətli gün eynəkləri seçmək vacibdir.
Mütəxəssislər bildirir ki, gün eynəyi alarkən ilk növbədə UV (ultrabənövşəyi) filtrinə diqqət yetirilməlidir. Yalnız UV400 qoruması olan eynəklər gözləri günəşin zərərli şüalarından tam qoruyur.
UV400 işarəsi eynəyin 400 nanometrə qədər olan ultrabənövşəyi şüaları – yəni həm UVA, həm də UVB şüalarını 99-100% səviyyəsində süzdüyünü göstərir. Bu xüsusiyyət gözlərin katarakta, torluq zədələnməsi və digər günəşlə bağlı göz xəstəliklərindən qorunması üçün olduqca vacibdir. Bu səbəbdən, eynəyin sadəcə tünd rəngli olması yox, UV400 filtri ilə təchiz edilməsi əsas şərtdir.
Eynəyin şüşəsinin rəngi və materialı da vacibdir. Həddindən artıq tünd rəngli eynəklər görmə qabiliyyətinə təsir edə bilər, buna görə də orta tündlükdə, təbii rənglərə yaxın tonlar tövsiyə olunur.
Polarizasiya xüsusiyyəti olan eynəklər də göz sağlamlığı üçün əlavə üstünlükdür. Bu xüsusiyyət parlaq səthlərdən – məsələn, su, qar və ya yol üzərindən əks olunan işığın qarşısını alır. Beləliklə, gözlər daha az yorulur, görüntü daha aydın və rahat olur.
Bundan başqa, eynəyin forma və ölçüsü də həm estetik, həm də qoruyuculuq baxımından əhəmiyyətlidir. Böyük çərçivəli eynəklər gözü və göz ətrafını daha yaxşı örtür. Eynəyin üzdə rahat oturmasına və burun hissəsinin sıxmamasına da fikir verilməlidir.
Ən əsası isə gün eynəkləri mütləq optika mağazalarından və etibarlı satıcılardan alınmalıdır. Küçə satıcılarından alınan saxta məhsullar göz sağlamlığı üçün təhlükəli ola bilər. Gözlərinizi qorumaq istəyirsinizsə, seçim edərkən sadəcə görünüşə deyil, keyfiyyətə də diqqət yetirin.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 May 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri