Icma.az
close
up
RU
Polarizasiya və UV400 Gözünüzü qorumağın qızıl qaydaları

Polarizasiya və UV400 Gözünüzü qorumağın qızıl qaydaları

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Yay fəslinin yaxınlaşması ilə gün eynəklərinə olan tələb də artır.
Günəşli havalarda gözləri zərərli şüalardan qorumaq üçün keyfiyyətli gün eynəkləri seçmək vacibdir.
Mütəxəssislər bildirir ki, gün eynəyi alarkən ilk növbədə UV (ultrabənövşəyi) filtrinə diqqət yetirilməlidir. Yalnız UV400 qoruması olan eynəklər gözləri günəşin zərərli şüalarından tam qoruyur.
UV400 işarəsi eynəyin 400 nanometrə qədər olan ultrabənövşəyi şüaları – yəni həm UVA, həm də UVB şüalarını 99-100% səviyyəsində süzdüyünü göstərir. Bu xüsusiyyət gözlərin katarakta, torluq zədələnməsi və digər günəşlə bağlı göz xəstəliklərindən qorunması üçün olduqca vacibdir. Bu səbəbdən, eynəyin sadəcə tünd rəngli olması yox, UV400 filtri ilə təchiz edilməsi əsas şərtdir.
Eynəyin şüşəsinin rəngi və materialı da vacibdir. Həddindən artıq tünd rəngli eynəklər görmə qabiliyyətinə təsir edə bilər, buna görə də orta tündlükdə, təbii rənglərə yaxın tonlar tövsiyə olunur.
Polarizasiya xüsusiyyəti olan eynəklər də göz sağlamlığı üçün əlavə üstünlükdür. Bu xüsusiyyət parlaq səthlərdən – məsələn, su, qar və ya yol üzərindən əks olunan işığın qarşısını alır. Beləliklə, gözlər daha az yorulur, görüntü daha aydın və rahat olur.
Bundan başqa, eynəyin forma və ölçüsü də həm estetik, həm də qoruyuculuq baxımından əhəmiyyətlidir. Böyük çərçivəli eynəklər gözü və göz ətrafını daha yaxşı örtür. Eynəyin üzdə rahat oturmasına və burun hissəsinin sıxmamasına da fikir verilməlidir.
Ən əsası isə gün eynəkləri mütləq optika mağazalarından və etibarlı satıcılardan alınmalıdır. Küçə satıcılarından alınan saxta məhsullar göz sağlamlığı üçün təhlükəli ola bilər. Gözlərinizi qorumaq istəyirsinizsə, seçim edərkən sadəcə görünüşə deyil, keyfiyyətə də diqqət yetirin. \\Yeniavaz.com 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 May 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri