Icma.az
close
up
RU
Polietilenin “yaşıl” qardaşı

Polietilenin “yaşıl” qardaşı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İşlənmiş bitki yağları necə plastikləşir?

Alimlər işlənmiş bitki yağını ənənəvi polietilenin xüsusiyyətlərini təqlid edən plastik materiala çevirməyə imkan verən yeni texnologiya hazırlayıblar. Ənənəvi olaraq plastik məmulatlar neftin emalı yolu ilə istehsal olunur ki, bu proses böyük həcmdə tullantıların yaranması ilə müşayiət olunur. Beynəlxalq tədqiqatçılar qrupu isə plastik istehsalı üçün alternativ xammal mənbəyi kimi işlənmiş bitki yağından istifadə etməyin mümkün olduğunu göstərib.

Son illər müxtəlif ölkələrdə alimlər polietileni əvəz edə biləcək materiallar yaratmağa çalışsalar da, bu nümunələr istismar xüsusiyyətlərinə və istehsal xərclərinə görə ona uduzub. Eyni zamanda, polietilen ətraf mühit üçün təhlükəli çirkləndirici hesab olunur: ondan hazırlanan paketlər, qida qabları və su boruları təbiətdə parçalanmır, çətin utilizasiya olunur və çox vaxt tullantı poliqonlarında yığılır.

Tədqiqatçılar işlənmiş bitki yağını poliesterlərin sintezi üçün əsas xammala çevirməyə nail olublar. Bu poliesterlər geniş istifadə olunan polietilenə alternativ ola biləcək plastik materialın istehsalına imkan verir. Aparılan eksperimentlərin nəticələri “Journal of the American Chemical Society” elmi jurnalında dərc olunub.

Araşdırma zamanı işlənmiş bitki yağının tərkibindəki doymamış yağ turşuları əvvəlcə uzun zəncirli C19 diesterə, daha sonra isə bərpa prosesi vasitəsilə diola çevrilib. Məhz bu mərhələ polietilenə xas olan xətti strukturun formalaşmasını təmin edib. Yüksək məhsuldarlıq əldə olunmasında palladium katalizatorunun tətbiqi həlledici rol oynayıb.

Bitki yağının digər komponenti olan qliserin isə şaxələnmiş diollara çevrilib. Sonradan bu birləşmələr polimerləşdirilərək elastiklik və möhkəmlik baxımından polietilenə yaxın xüsusiyyətlərə malik poliesterlər əldə edilib. Alimlərin sözlərinə görə, yeni materiallar kimyəvi yolla parçalana və yenidən emal oluna bilir.

Yeni texnologiya işlənmiş bitki yağının səmərəli utilizasiyası üçün geniş imkanlar açır. Tədqiqat müəlliflərinin məlumatına əsasən, dünyada hər il təxminən 3,7 milyard qallon işlənmiş bitki yağı yaranır və bunun böyük hissəsi təkrar istifadə olunmadan kanalizasiya sistemlərinə və ya tullantı axınlarına düşür.

S.ELAY
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri