Polina Rəhimova “DH Volley”nin hədəflərini açıqladı
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“DH Volley” klubu cari mövsüm qarşısına böyük hədəflər qoyub”.
Bu barədə komandanın voleybolçusu Polina Rəhimova açıqlama verib.
Təcrübəli oyunçu Danimarkada “Holte IF” kollektivinə qalib gəldikləri (3:1) CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb.
“Rəqib də yaxşı oyun göstərdi. Məncə, xüsusilə servisdə yaxşı təsir bağışladılar. Bir setdə uduzsaq da, əsas odur ki, matçdan qələbə ilə ayrıldıq. Ölkələr arasında üç saatlıq vaxt fərqi də var. Düşünürəm ki, bu amil də öz oyunumuzu göstərməyə müəyyən qədər təsir etdi. İnanıram ki, cavab qarşılaşmasında daha yaxşı çıxış edəcəyik. Çünki bu dəfə doğma meydanda oynayacağıq və bu, bizim üçün əlavə üstünlükdür. Bu mövsüm qarşımıza böyük hədəflər qoymuşuq. CEV Çelenc Kubokunda mümkün qədər irəli getmək, ölkə çempionatında isə çempion olmaq istəyirik”, - deyə o report.az-a açıqlamasında söyləyib.
36 yaşlı voleybolçu bildirib ki, hər bir idmançının qarşısında böyük məqsədlər olmalıdır:
“Yüksək nəticələr əldə etmək üçün ilk növbədə özünə inanmalı və böyük hədəflər qoymalısan. Bu, komandamızın ilk rəsmi matçı idi. Hələ bir-birimizə uyğunlaşma prosesindəyik. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı oyun göstərəcək. Komandama uğurlar arzulayıram və inanıram ki, qarşıda bizi uğurlu oyunlar gözləyir”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü noyabrın 5-də Bakıda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 29 Oktyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















