Icma.az
close
up
RU
Polis Akademiyasında interaktiv dərslər Foto

Polis Akademiyasında interaktiv dərslər Foto

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Polis Akademiyasında kursantların nəzəri biliklərini möhkəmləndirmək və praktiki vərdişlərini inkişaf etdirmək məqsədilə təcrübəli mütəxəssislər tərəfindən interaktiv dərslər təşkil olunur.

“Qafqazinfo” xəbər verir ki, dərslərin əsas məqsədi kursantlarda elmi yaradıcılıq vərdişlərini inkişaf etdirmək və nəzəri biliklərin praktik tətbiqinin önəmini göstərməkdir.

Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Fazil Həsənəliyev “Cinayət məsuliyyətindən azad etmə”, Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Midhəd Qəfərov “Cinayət işlərinə məhkəmədə ilkin baxılması”, ehtiyatda olan III dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov “Cinayətin subyekti”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfadar Piriyev “Mülki-hüquqi əqdlər və əqdlərdə təmsilçilik”, Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, Xəzər Universitetinin müəllimi, t.ü.f.d., dosent Laçın Mustafayev “Azərbaycan XIII-XV əsrlərdə” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər, həmçinin Azərbaycan Dillər Universitetinin filologiya üzrə elmlər doktoru, professor Kəmalə Cəfərova kursantlara ingilis dilində nümunəvi dərs keçib.

Təcrübəli mütəxəssislər tərəfindən keçirilən dərslər zamanı kursantlar cinayət məsuliyyətindən azad etmə halları, onların hüquqi əsasları, məhkəmələrə daxil olmuş cinayət işləri üzrə hakimlərin ilkin hərəkətləri, cinayətin törədilməsində iştirak edən şəxslər, onların hüquqi statusları və məsuliyyətləri, mülki-hüquqi əqdlərin əlamətləri, etibarsız əqdlər və onların hüquqi nəticələri üzrə biliklərini artırıblar, ingilis dilində oğurlanmış əşyaların təsvirinin əhəmiyyətini, həmin əşyaların məhkəmədə dəlil kimi necə təqdim edildiyini və müvafiq hüquqi prosedurları öyrəniblər.

Mütəxəssislər dərs zamanı kursantların suallarını cavablandırıblar və müvafiq mövzular ətrafında səmərəli müzakirələr aparılıb.

Müzakirələrdə iştirak edən kursantlar konkret hüquqi məsələlərlə bağlı praktiki yanaşmalar əldə edərək, nəzəri biliklərini daha da möhkəmləndiriblər.








Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri