Icma.az
close
up
RU
Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə interaktiv dərslər keçirilib

Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə interaktiv dərslər keçirilib

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri keçirilib. 

Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvü, Komitə Sədri Hökümə Babayeva “İnzibati iddia növləri və müvəqqəti xarakterli müdafiə tədbirləri”, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əli Məmmədov “Məhkəmələrin hökm və ya qərarlarına apellyasiya qaydasında yenidən baxılması”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Elmi işlər üzrə dekan müavini, hüquq üzrə fəlsəfə doktoru, dosent Rahim Məmmədov “Beynəlxalq cinayət hüququ”, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Qədir Məmmədov “İbtidai istintaqı məcburi olan cinayət işləri üzrə təhqiqatın aparılması”, uzun müddət məhkəmə sistemində hakim və məhkəmə sədri kimi çalışmış, hazırda istefada olan İlqar Abbasov “Cinayət çoxluğu”, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nailə Eldarova “Şəxsi qeyri-əmlak hüquqları və onların müdafiəsi” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər. 

Mövzulara əsasən qonaqlar tərəfindən kursantlara inzibati iddia növləri və müvəqqəti xarakterli müdafiə tədbirləri, cinayət mühakimə icraatı sahəsində apellyasiya icraatının əhəmiyyəti, bu icraat zamanı cinayət-prosessual qanunvericiliyin tətbiqi praktikası və prosessual normaların tətbiqi, beynəlxalq cinayət hüququnun anlayışı, inkişaf tarixi, xüsusiyyətləri, növləri, ibtidai istintaqı məcburi cinayət işləri üzrə aparılan təhqiqatın əhəmiyyəti, törədilmiş cinayətlərin vaxtında açılması, onların izlərinin müəyyən edilərək rəsmiləşdirilməsi, şəxsi qeyri-əmlak hüquqları və onların müdafiəsi barədə geniş məlumatlar verilib. 

Mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.

Hurriyyet.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Noyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri