Icma.az
close
up
RU
Polis Akademiyasında təntənəli buraxılış mərasimi keçirildi VİDEO+FOTOLAR

Polis Akademiyasında təntənəli buraxılış mərasimi keçirildi VİDEO+FOTOLAR

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Polis Günü”nə və 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi  bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub.

Sonra peşə bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 107 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı dəyərli ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülən mühüm işlərdən danışıb. 

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyində güclü və müasir maddi-texniki baza yaradıldığını, zamanın çağırışlarından irəli gələn struktur dəyişiklikləri aparıldığını, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması sahəsində sistemli tədbirlərin həyata keçirildiyini və əməliyyat-xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmini prinsipləri üzərində qurulması ilə bağlı həyata keçirilmiş tədbirləri vurğulayıb.

Cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilən polis orqanlarının hər bir şəxsin qanuni mənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyini qeyd edib. 

Xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyi, cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılmasının, hüquqpozmaların profilaktikasının daha da yaxşılaşdırılmasının, orqan və hissələrin mürəkkəb şəraitdə xidmət aparmaq bacarıqlarının artırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğu şəxsi heyətin diqqətinə çatdırılıb.   

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsindən sonra regionda yeni reallıqların yarandığı vurğulanaraq işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış”ın gerçəkləşməsi üçün polis orqanlarının, o cümlədən Daxili Qoşunların fəaliyyətinin mövcud vəziyyətə uyğunlaşdırıldığı, asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyi, xidmətin böyük əzm və peşəkarlıqla davam etdirildiyi qeyd olunub. 

Xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinə təşəkkür ifadə olunub.

Qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini Vətənə, dövlətə, xalqa sevgi və xidmət ruhunda yetişdirən Polis Akademiyasının rolunu xüsusi qeyd edən daxili işlər naziri məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsi ilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.  

General-polkovnik V.Eyvazov təntənəli mərasimin iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham  Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.

Təntənəli tədbir şəxsi heyətin mətin addımlarla tribuna qarşısından keçidi ilə yekunlaşıb.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 İyul 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

16 Avqust 2025 09:55see222

Müğənni Rəqsanə İsmayılova həbs edildi

17 Avqust 2025 02:19see187

Bu 7 əlaməti ciddiyə alın İnfarktın xəbərçisi...

16 Avqust 2025 08:53see140

Alimlərdən YENİLİK: Daxili səsi deşifrə edən beyin çipi yaradılır

16 Avqust 2025 07:32see133

Litva Prezidenti Rusiyaya qarşı təzyiqləri artırmağa çağırıb

17 Avqust 2025 05:16see130

Günəşdə dəlik böyüməyə başlayıb: 24 saat ərzində təxminən 50 faiz artıb

16 Avqust 2025 06:34see128

Vaşinqtonda bitib, Tehranda başlayan Zəngəzur davası

16 Avqust 2025 14:02see127

37 yaşlı qadın Rusiya gözəli seçildi FOTO

16 Avqust 2025 11:48see126

Çelsi Bayerin müdafiəçisini transfer etmək istəyir

16 Avqust 2025 23:49see125

MiQ 29 hissələri Macarıstandakı aerodromdan oğurlanan borcun ödənişi kimi Rusiyadan alınıb

16 Avqust 2025 11:29see125

Türkiyə Prezidentindən Tramp Putin görüşünə münasibət

16 Avqust 2025 19:56see124

Ayda saatlarla davam edən zəlzələlər baş verir: NASA hərəkətə keçdi

17 Avqust 2025 06:44see123

Nazirlik məşhur şirkəti buna görə cərimələdi

17 Avqust 2025 00:21see123

“Turan Tovuz” və “Neftçi” üçün də marafon başlayır!

16 Avqust 2025 17:02see122

Sabunçuda 3 otaqlı ev yandı

16 Avqust 2025 17:13see122

Kurban Berdiyev: “İlk oyun həmişə ağır olur”

16 Avqust 2025 19:46see122

Çindən yeni inqilab: qüvvələr balansı tamamilə dəyişə bilər

16 Avqust 2025 20:04see121

Kanalizasiya suları Bakının məşhur çimərliyinə axır VİDEO

16 Avqust 2025 19:36see121

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see120

Gələn həftə bu bürclər üçün var dövlət dalğası gəlir

16 Avqust 2025 20:03see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri