Icma.az
close
up
RU
Polis: Bakı küçələrində öpüşmək cinayət deyil

Polis: Bakı küçələrində öpüşmək cinayət deyil

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəkidən Bakıya qohumlarına qonaq gələn 23 yaşlı Cahangir Əliyev şəhərdə cavanlıq etmək fikrinə düşür. O, ilk öncə çoxdan tanıdığı 20 yaşlı Nülufər Qasımova ilə zəngləşib, Bakı bulvarında görüş təyin edir. Görüşən gənclər dəniz kənarında gəzişiblər. Sonradan pünhan yerə çəkilən cütlük öpüşməyə başlayıb. Bu zaman polis onlara yaxınlaşıb və onlara ictimai asayişi pzoduqlarını deyib. Bir neçə dəqiqə mübahisədən sonra polis Cahangir Əliyevi cərimələyib.

Günahsız yerə cərimələndiyini deyən Cahangir Əliyev bununla bağlı BAKU.WS-in redaksiyasına şikayət edib. Belə hallar tez-tez baş verir. Görəsən küçədə, dəniz kənarında öpüşən gənclər əslində qanunu pozurlar. Eksperlər bu sahədə hər hansı konkret qanun olmadığını deyirlər. "Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova BAKU.WS-ə açıqlamasında bu sahədə ictimai qınağın əsas rol oynadığını deyir: "Əslində bu tərbiyəsizlikdir. Biz Avropaya inteqrasiya edirik. Bizim hüquqlarımız var. Amma bu o demək deyil ki, biz hərəkətlərimizlə tərbiyəsizliyi təbliğ edək. Ola bilər ki, qanunda öpüımək qadağan olmasın. Onda küçədə intim hərəkətlər etməliyik?”. Adətən belə hallar baş verdikdə polis vətəndaşın İnzibati Xətalar Məcəlləsini (İXM) pozmaqda ittiham üdir. Hüquqşunas Ruslan Vəliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, belə hallarda vətəndaşlar adətən İXM-nin 22-ci fəsli üzrə, İctimai qaydalar əleyhinə olan hərəkətlər etməkdə günahlandırılırlar: "Lakin həmin qaydada öpüşməklə bağlı heç bir qeyd yoxdur. Yəni polis qızla öpüşən oğlanı bölməyə aparsa belə, onun barəsində heç bir protokol tərtib edə bilməz. Sadəcə onu bir müddət sorğu-sual edib, sonradan sərbəst buraxacaqlar”. Bəzi mütəxəssislər isə hesab edirlər ki, küçədə öpüşmək xırda dələduzluq hesab olunur. Bu barədə Polisə Dəstək İctimai Birliyinin sədri, keçmiş hüquq-mühafizə orqanının əməkdaşı Şəmsəddin Əliyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, polis istənilən halda vətəndaşların hüquqlarını qoruyur.

"Belə hal baş verərsə, polis vətəndaşı saxlaya, özünü təqdim edib, saxladığı şəxsin kimliyini öyrənə bilər. Oğlanın qızla öpüşməsini ictimai hərəkətin pozulması kimi qiymətləndirə bilər. Onlar barədə xırda dələduzluq maddəsilə protokol təqdim edə bilər”, - deyə Şəmsəddin Əliyev bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə bildirdilər ki, polis istənilən halda vətəndaşların hüquqlarını qoruyur. Yəni öpüşən gənclrə öz hərəkətlərilə kənardakıların hüquqlarını poza bilər. Ətrafdakılarda nifrət və igər hislər yarada bilər. Bu da kənardakı insanların hüquqlarının pozulması deməkdir. Bu baxımdan əgər polis küçədən öpüşən şəxslərə irad bildirirsə, bu düzgün mövqeydir. Ziya Səccad BAKU.WS

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:448
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 Aprel 2025 03:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri