Icma.az
close
up
RU
Polis canlı qanundur İqbal Alısoy yazır

Polis canlı qanundur İqbal Alısoy yazır

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər il 2 iyul tarixi Azərbaycanda Polis Günü kimi qeyd edilir.

Bəli, bu, müstəsna tarixdir, zəruri gündür. Ona görə ki, polissiz bir ölkə kompası və sükanı olmayan böyük bir gəmidir. Yəni, bir gəminin kompası və sükanı yoxdursa, o hara, necə istiqamətlənəcəyini müəyyən edə bilməyəcək. Ümmanda isə gedəcəyi yeri bilməyən gəmiyə heç Allah da kömək olmur.

Polis ölkələr, dövlətlər üçün bu qədər önəmli rol oynayır. Buradan belə qənaətə gəlmək olar ki, polisin varsa, doğru istiqamətin, doğru yolun var. Polis insanları səhv yoldan və ya yolu səhv dönməkdən çəkindirir. Çünki yolu bir dəfə səhv dönən insan, sonuna qədər yanlış yolla, yanlış amallara irəliləyir və bəzən bu yol onları ya dalana, ya da uçurumun astanasına gətirib çıxarır. Bu mənada polis cəmiyyətin mayakıdır. Polis canlı qanundur.

Qanun nə üçündür?

Qanunu olmayan bir ölkə, dövlət, təşkilat düşünün. Orada işlər nizamında irəliləyərmi? Əlbəttə, xeyr. Çünki qanun tərəzinin gözlərini eyni məcraya, eyni mizana gətirir. Bu mənada polislərimiz cəmiyyətdə “tərəzini” mizana gətirən amildir, varlıqdır.

***

Azərbaycanın müzəffər lideri Cənab İlham Əliyevin iradəsi, qalib ordumuzun şücaəti ilə işğaldan azad edilən Qarabağ torpaqlarına - Şuşa, Xankəndi, Ağdam və başqa ərazilərə səfər etdim bu yaxınlarda. Səfər çərçivəsində ən yaddaqalan hadisələrdən biri orada xidmət aparan polislərimizin insanlara olan münasibəti və bu torpaqlarda sevə-sevə xidmət həyata keçirmələri oldu. Polislərimiz böyük qürurla, şərəf və ləyaqətlə xidmət aparırlar Qarabağda. Əlbəttə, polislərimizin böyük şücaət və fəxarətlə xidmət aparmasını şərtləndirən amillər var. Bu amillərdən biri rəhbərliyin həmin polis əməkdaşları ilə şəxsən maraqlanması, onların daim mənəvi diqqət və qayğı ilə əhatə edilməsidir.

Xatırlatma: Birinci Qarabağ savaşı zamanı gedən döyüşlərdə Daxili İşlər Nazirliyinin 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfəri isə yaralanıb. Göstərdikləri şücaət və igidliyə görə 67 nəfər "Milli Qəhrəman" adına, 1143 nəfər orden və medallara layiq görülüb.

44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin 66 əməkdaşı şəhid olub.

Bu mənada qeyd edə bilərik ki, Azərbaycan polisi asayış qoruyucusu olmaqla yanaşı, həm də Azərbaycanın milli yaddaşıdır. Çünki polis nizamnamələrlə müşayiət olunan cəmiyyətdə ictimai asayişin rasional təşkilini həyata keçirir.

Uzun illər elmdə belə bir mövqe sərgilənirdi ki, cinayətkarlığa qarşı səmərəli mübarizə aparmaq üçün cinayətlərə görə sanksiyalar ağırlaşdırılmalı, polisin sayı isə artırılmalıdır. Lakin beynəlxalq təcrübə bu elmi hipotezlərın qeyri-rasionallığını sübuta yetirib. Bu gün artıq heç kəsdə şübhə doğurmur ki, ictimai asayişin, insan hüquqlarının mühafizəsində cəmiyyətin də rolu danılmazdır.

Yeni dövr, inkişaf edən cəmiyyət polisin işinə də yeni yanaşma zərurəti diktə edir. Bu gün polisin vəzifəsi təkcə sabitliyin qorunması, dövlətçiliyə zidd əməllərin qarşısının alınması deyil. İndi polis tərəfindən qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə daha çox üstünlük verilir. Yəni polisdən internet sürətinə müvafiq operativlik tələb olunur. Bu operativliyi isə həyata keçirmək üçün cəmiyyətin sağlam düşüncəli, vətənini, dövlətini, millətinin sağlamlığını düşünən aydınlara, ziya adamlarına ehtiyac duyulur. Yəni ictimaiyyətin ayrı-ayrı təbəqələrinin gücündən geniş istifadə olunmalıdır. Bu baxımdan ölkəmizdə ictimai asayişin mühafizəsində səmərəli fəaliyyəti təmin etmək məqsədi ilə daxili işlər orqanları ictimaiyyəti də bu işə cəlb etmək üçün müəyyən tədbirlər görür. Çünki sağlam cəmiyyətin təşkili kollektiv şüurdur. Hadisələrə “Məndən keçib qardaşıma dəysin” baxış açısı ilə yanaşsaq, onda bütöv cəmiyyət qura bilməyəcəyik və xalqın elitarlaşmasına töhfə verə bilməyib, kütləyə ruhunda qalacağıq. Bizə isə küyə aldanan kütlə deyil, səsə çevrilən xalq lazımdır. Bu mənada İnkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edən Azərbaycan polisi xalqa daha da yaxınlaşır, Azərbaycanda həyata keçirilən “İctimai polis” layihəsini bu əməkdaşlığın bariz nümunəsi və aydın təcallası kimi göstərmək olar.

Layihəyə əsasən müasir polis fəaliyyətinin əsas istiqamətləri hansılardır?

Birincisi, ölkədaxili sabitliyin qorunması, dövlətçiliyə zidd hərəkətlərin qarşısının alınması, ölkədə insan və vətəndaş hüquqularının təmin edilməsidir.

İkincisi, insanlara nümunəvi xidmət göstərilməsi, cinayətlərin qarşısının alınması, bu məqsədlə qabaqlayıcı tədbirlərə üstünlük verilməsi və bu işdə xalqın gücündən daha geniş istifadə olunmasıdır.

Bəs layihənin əsas məqsədi nədir?

Prioritet məsələ, polis-cəmiyyət, polis-vətəndaş mənasibətlərinin etibarlı qorunmasını təmin etmək. İctimai qayda və ictimai təhlükəsizliyin təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə etmək, əhalinin polis qurumlarına inamını artırmaqdır. Bütün bunlar isə polis orqanlarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatın ən aydın təzahürüdür.

Yaşasın Azərbaycan polisi, var olsun müstəqil və müzəffər Azərbaycan!

İqbal Alısoy

Bakıvaxtı.az Xəbər Portalının təsisiçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 İyul 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri