Polis ekskavator oğurlayan şəxsi güllələdi Video
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyanın Baden-Vyurtemberq əyalətində ekskavator oğurlayan və polis əməkdaşını yaralayan şəxs güllələnərək öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Məlumata görə, Main-Tauber bölgəsində bir şəxs ekskavatoru oğurlayıb və Grünsfelddən Tauberbischofsheim şəhərinə qədər idarə edib.
Yol boyu o, polis patrul avtomobillərinə və digər nəqliyyat vasitələrinə ciddi ziyan vurub. Hadisə zamanı bir qadın polis əməkdaşı yaralanıb.
Polis oğrunu yalnız Tauberbischofsheim şəhərində zərərsizləşdirə bilib. Ekskavatoru dayandırmaq mümkün olmadığı üçün hüquq-mühafizə orqanları odlu silahdan istifadə etmək məcburiyyətində qalıb. Şəxs hadisə yerində aldığı güllə yarasından dünyasını dəyişib.
Hazırda insidentlə bağlı genişmiqyaslı araşdırma aparılır.
Baxış sayı:104
Bu xəbər 31 Dekabr 2024 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















