Icma.az
close
up
RU
Polis əməliyyat keçirdi: 12 nəfər saxlanıldı FOTO/VİDEO

Polis əməliyyat keçirdi: 12 nəfər saxlanıldı FOTO/VİDEO

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Kür çayındakı adalarda kultivasiya edilərək yetişdirilən 14000 ədəd çəkisi 21 tona yaxın çətənə kolu aşkar olunub.

Ölkə.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Kür çayının Ağdaş rayonu Pirəzə kəndi ərazisindən keçən hissəsində yerləşən adada külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə məlumat daxil olub.

Baş İdarənin Bərdə və Ağdaş Rayon Polis Şöbələrinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində həmin adada narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Ağdaş sakinləri Tayfun Məmmədov və həmyerlisi Çingiz Məmmədov saxlanılıb. Adaya baxış zamanı həmin şəxslər tərəfindən kultivasiya edilən yaş kütləsi 12 ton 270 kiloqram olan ümumilikdə 8 227 ədəd çətənə kolu, aqrotexniki qulluq vasitələri, 3 ədəd elektrik generatoru, narkotik tərkibli bitkilərin suvarılmasında istifadə edilən 500 metr boru xətti, 10 kiloqram gübrə, həmçinin, iş üçün əhəmiyyət kəsb edən sair vasitələr aşkar olunaraq götürülüb.

T. Məmmədov və Ç.Məmmədov ifadələrində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiklərini və inkişafı üçün xüsusi qulluq etdiklərini bildiriblər.

Həmçinin əməliyyat tədbirlərinin davamı olaraq qeyd edilən adanın yaxınlığındakı digər adaya da Baş İdarənin əməkdaşları tərəfindən baxış keçirilib. Oradan xüsusi qulluq edilərək yetişdirilmiş 8 ton 650 kiloqram olan 5780 ədəd çətənə kolu, həmçinin aqrotexniki qulluq vasitələri və digər ləvazimatlar aşkar olunaraq götürülüb. Ağdaş rayonu Pirəzə kənd sakini olan daha 10 nəfər saxlanılaraq istintaqa təqdim edilib. 

Belə ki, tədbir nəticəsində narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Nahid Babayev, Hümbət Əməliyev, Nurlan Əməliyev, Sahil Əməliyev, Yadulla Əliyev, Rahib Babayev, Şöhrət Musayev, Azad Məmmədov, Məmməd Eminov və Ədilxan Ədilov saxlanılıblar. Bu şəxslərin üzərlərinə baxış zamanı əlavə olaraq qurudulmuş marixuana aşkar olunaraq götürülüb. 

Qeyd edək ki, saxlanılan 12 nəfər şəxsin hər biri Ağdaş rayonu Pirəzə kənd sakinləridir və bir mütəşəkkil dəstənin üzvləridirlər. Onlar ifadələrində Kür çayında yerləşən adalarda narkotik tərkibli çətənə kolları əkdiklərini etiraf ediblər.

Aşkar olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Oktyabr 2025 00:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri