Polis məmuru oğlunu güllələdi, başında gözlədi Video
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin Adana şəhərində təqaüdçü polis məmuru Faruk Kayhan oğluna pul verməkdən imtina etməsi nəticəsində yaranan mübahisə zamanı oğlu Əhməd Kaan Kayhanı silahla vuraraq öldürüb.
Axar.az xəbər verir ki, narkotik asılısı olduğu iddia edilən oğlunun cəsədinin yanında gözləyən Faruk Kayhan polisə zəng edərək təslim olub.
Hadisə mobil telefonla lentə alınıb. Hadisə səhər saat 11:30 radələrində Sarıçam rayonu, Gültəpə məhəlləsindəki Elif Su Uludağ küçəsində baş verib.
Təqaüdçü polis məmuru Faruk Kayhan narkotik asılısı olduğu iddia edilən oğlu Əhməd Kaan Kayhana pul verməkdən imtina etdikdə mübahisə yaranıb. Əhməd Kaan Kayhan atasına bıçaqla hücum edib. Faruk Kayhan daha sonra silahını çıxararaq oğlunun bədəninin müxtəlif yerlərindən atəş açıb. Əhməd Kaan Kayhan qanlar içərisində yerə yıxılıb, atası isə mobil telefonla polisə zəng edərək oğlunun cəsədinin yanında gözləyib.
Bu anlar ətrafdakılar tərəfindən mobil telefon vasitəsilə lentə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 05 İyun 2026 01:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















