Polis Robert De Nironun nəvəsinin ölümü ilə əlaqədar şübhəliləri saxlayıb
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin hüquq-mühafizə orqanları dünya şöhrətli Hollivud aktyoru Robert De Nironun nəvəsi Leonardonun güclü narkotik dozadan ölməsi ilə bağlı beş şübhəlinin saxlanıldığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "ABC News" telekanalı yayıb.
Həbslər narkotik maddələrin geniş miqyasda satışının araşdırılması ilə bağlıdır.
İstintaqın məlumatına görə, həbs edilənlər həbləri saxta reseptlərlə yayan cinayətkar qrupun üzvləridirlər. Bu dərmanların tərkibində güclü sintetik opioid fentanil olub ki, bu da orqanizm üçün çox təhlükəlidir.
Məhkəmə müəyyən edib ki, məhz bu şəbəkə tərəfindən tədarük edilən narkotik maddələr üç gəncin, o cümlədən 19 yaşlı Leonardo De Nironun və "Blondie" qrupunun həmtəsisçisi Kris Steynin qızı Akira Steynin ölümlərinə səbəb olub.
Xatırladaq ki, Leonardo De Niro ötən ilin iyul ayında həyatını itirib. Kris Steynin qızı da təxminən eyni dövrdə güclü dozadan ölüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 31 Oktyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















