Robert De Nironun keçmiş sevgilisi vəfat etdi
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Amerikalı model və aktrisa Touki Smit vəfat edib.
Axşam.az xəbər verir ki, model 74 yaşında Nyu-Yorkdakı xəstəxanaların birində dünyasını dəyişib. Onun ölüm səbəbi uzun müddət mübarizə apardığı dağınıq skleroz xəstəliyi olub.
Əsl adı Doris Smit olan Touki 1952-ci il sentyabrın 25-də Filadelfiyada anadan olub. O, karyerasına 1972-ci ildə model kimi başlayıb. Müxtəlif illərdə "Chanel", "Givenchy", "Issey Miyake" və "Thierry Mugler" kimi məşhur moda evləri ilə əməkdaşlıq edib. 1978-ci ildə isə "Bloomingdale's" univermağı tərəfindən ilin modeli seçilib.
Daha sonra aktrisalıq fəaliyyətinə başlayan Touki Smit "Miami Vice" serialında və "227" komediya layihəsində rol alaraq geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. O, həmçinin "Talkin Dirty After Dark", "I Like It Like That", "Joes Apartment" və "The Preachers Wife" filmlərində çəkilib.
Qeyd edək ki, Touki Smit 1988-1996-cı illərdə Hollivud ulduzu Robert De Niro ilə münasibətdə olub. Cütlüyün 1995-ci ildə surroqat ana vasitəsilə dünyaya gələn Eyrin və Culian adlı əkiz övladları var.
Mərhum sənətçi model və dizayner Willi Smithin bacısı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 10 Noyabr 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















