Polisdən qaçan moped sürücüsü və sərnişini buzlu çayı üzüb keçdi VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qayda pozduqlarına görə,yol polisi əməkdaşlarından qaçan iki yeniyetmə buzlu çayı üzərək keçiblər.
Avtosfer.az xəbər verir ki, Rusiyanın Saxalin bölgəsində baş verən hadisənin görüntüləri patrul avtomobilinin kamerasına düşüb.
Belə ki, Poronaysk şəhərində yol polisi əməkdaşları dövlət nömrə nişanı olmayan “Honda Dio” markalı mopedə “Saxla” əmrini veriblər. Lakin ikitəkərli nəqliyyat vasitəsinin sürücüsü və sərnişini əmrə tabe olmayaraq yayınmağa başlayıblar. Təqibə başlayan polis əməkdaşları qayda pozan şəxsləri bir müddət qovub. Çox uzağa gedə bilməyəcəklərini anlayan şəxslər mopedi ataraq piayada qaçmaq qərarına gəliblər və buzla örtülü çayı üzüb keçərək polis əməkdaşlarından uzaqlaşıblar.
Buna baxmayaraq, polis əməkdaşları mopedi idarə edən şəxsin və onun sərnişininin şəxsiyyətini müəyyən edə biliblər və onların 16 yaşlı yerli sakin olduqları məlum olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları mopedi xüsusi dayanacaqa yerləşdiriblər. Bundan başqa, qayda pozan barəsində protokol tərtib edilib, valideynlik vəzifələrini lazımınca yerinə yetirmədiklərinə görə hər iki yeniyetmənin valideynləri bölməyə dəvət edilib.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 29 Aprel 2025 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















