Polisdən qaçan şəxsi bir maşın vurdu, digəri üstündən keçdi VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polisdən qaçan şübhəlini avtomobillərdən biri vurub, digəri isə üstündən keçib. Avtosfer.az xəbər verir ki, Türkiyənin Ankara şəhərində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Narkotik Cinayətlərinə Qarşı Mübarizə Şöbəsinin əməkdaşları icrası təmin edilməmiş şəxslərin tutulması istiqamətində keçirdikləri əməliyyat zamanı bir nəfər onları görərək anidən qaçmağa başlayıb. Təqib zamanı həmin şəxs yolu qaçaraq keçərkən avtomobillərdən biri onu vurub, zərbənin təsirindən qarşı zolağa keçən şübhəli asfalta çırpılıb və başqa bir maşın da üstündən keçib.
Xəsarətlər alan şübhəliyə ilkin tibbi yardım göstərilib və daha sonra xəstəxanaya aparılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, xəsarətlər alan şübhəlinin narkotik maddələrlə bağlı cinayətlər də daxil olmaqla 14 cinayət işi var və 1 il 8 aydır axtarışdadır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 30 İyul 2025 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















