Icma.az
close
up
RU
“Polisə Dəstək” İB Salyan Mərkəzləşmiş kitabxana sistemində tədbir keçirib FOTO

“Polisə Dəstək” İB Salyan Mərkəzləşmiş kitabxana sistemində tədbir keçirib FOTO

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Polisə dəstək” İctimai Birliyi Salyan Peşə Liseyin tələbələri, orta məktəbin yuxarı sinif şagirdləri, rayon ziyalılarının iştirakı ilə insan alveri cinayətlərinin təhlili və aradan qaldırılmasına dair maarifləndirici mühazirə-seminar keçirib.

Salyan rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminar-mühazirəni giriş sözü ilə Salyan RİH-nin şöbə müdirinin müavini Məmmədov Məhərrəm açmış və yığınacağın səbəbi ətrafında iştirakçılara məlumat verərək bildirmişdir ki, dünyada artıq insan alveri qurbanlarının səsləri eşidilir. Onlar görünməz zəncirlərlə bağlanmış və bizdən uzaqlaşdırılmış şəxslərdir. Dünya miqyasında insan alverinin yeni formalara keçməsi, böhranlar, milli və dini zəmində baş verən münaqişələr fonunda artması barədə rəqəmlər də artıq var; bu artım hər birimizi daha güclü və koordinasiyalı hərəkət etməyə çağırır.

Layihə ətrafında “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev çıxış etmişdir.

O, İnsan alveri cinayətlərini həssas qrupların şüuruna, ümidinə, gələcəyinə, hüquq və azadlıqlarına edilən qəsd kimi qiymətləndirmiş, qurbanların müdafiəsini hər kəsin insanlıq borcu kimi zəruri hesab etmişdir.

Şəmsəddin Əliyev bu cinayətlərə qarşı üç əsas amilə uyğun - profilaktika, müdafiə və cinayətkarların təqibi üzrə, yəni Prosecution (məhkəmə, təqib), Protection (qurbanların qorunması) və Prevention (qorunma) — faktorlarını effektiv strategiyanın əsasıdır- deyə iştirakçılara bildirmiş, müdafiə olmadan təqibin effektinin olmadığını, profilaktika aparılmadan da, qurbanların sayının azalmadığını iştirakçıların diqqətinə çatdırmışdır.

O, konkrekt addımların atılmasının vacib elementləri barədə də danışmış, Qurbanları hüquq-mühafizə orqanlarının təqibi obyekt yox, yardıma ehtiyacı olan şəxslər kimi tanıması; Qanunvericilik bazasının və təqib mexanizmlərinin gücləndirilməsi (Qurbanların hüquqları qorunmalı, mənbə və tranzit-zəncirlər üzrə təqib üçün beynəlxalq əməkdaşlıq genişləndirilməli, beynəlxalq müqavilələr bu sahədə yol xəritəsi kimi qəbul edilməlidir).

Risklərin azalması məqsədilə maarifləndirməni genişləndirmək. (Uzaq bölgələrdə, məktəblərdə, iş yerlərində və onlayn platformalarda insan alverinin mexanizmləri haqqında davamlı təbliğat aparmaq, riskli işə qəbul praktikasına qarşı profilaktik tədbirlər həyata keçirmək və vətəndaşların yardım xətlərindən xəbərdar edilməsi).

Məlumat və monitorinq (Qurbanların real statistikasını, istismarın növlərini izləmək üçün güclü məlumat sistemləri lazımdır. Yalnız düzgün məlumat əsasında siyasət və proqramlar səmərə verir).

Qurbanların Reinteqrasiya proqramları onların seçimləri və ehtiyacları nəzərə alınmaqla tərtib edilməsi və mühüm əhəmiyyət kəsb edən cəhətlər barədə informasiya vermişdir.

Layihə üzrə ekspert-qismində çıxış edən, hüquqşünas Aydın Kərimov qeyd etdi ki, insan alveri cinayətlərinin qurbanları bizdən təkcə yardım yox, həm də, ədalətin bərpasını, ümid və təhlükəsiz həyat sürmək üçün ikinci şans istəyirlər. Bizim öhdəliyimiz isə qurbanı qorumaq, qayğı ilə təqib etmək və gələcəkdə belə halların baş verməməsi üçün ümumi maraqlara cavab verən sistem yaratmaqdır. Bu iş tək bir qurumun yox, hökumət, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar, biznes və hər bir fərdin birlikdə fəaliyyətini tələb edir.

Tədbirdə Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenenatı Hidayət Sadıqzadə , R-n PŞ-nin YYÇ inspektoru, polis baş leytenantı Nihat Həsənli , AYB-nin Muğan bölməsinin sədri, şair Nəbi İbrahimli, şair-publisist Əzizağa Məmmədli (R-n qəzetinin əməkdaşı), Salyan rayonu tam orta məktəbin direktor müavini İbrahim Davudzadə, Polisə Dəstək İctimai Birliyinin əməkdaşı K.Sultanlı və digərləri insan alveri cinayətlərinin insanlıq ləyaqətinə zidd olduğunu, qurbanların yenidən cəmiyyətə qaytarılması üçün — hər birimizin mənəvi və praktik məsuliyyət daşıması barədə məlumat verdilər.

Sonda cəmiyyətə mesaj olaraq: “İnsan alveri əsrlərin ən təhlükəli cinayətlərindən və dünyanın qlobal problemlərindəndir. Bu, xüsusilə ağır cinayətlərin törədilməsi XXI əsrdə də davam edir, əşya kimi alınıb satılanlar, azadlığı məhdudlaşdırılanlar, ləyaqəti alçaldılanlar var. Yalançı vədlər nəticəsində hüquq və azadlıqlar məhdudlaşır, əlinizdən alınır. Zorakılıqlardan , aldadılmaqdan və istismardan qurtulmaq üçün birlikdə insan alverinə qarşı mübarizə aparaq, gələcəyimizi qoruyaq!” – şüarı səsləndirilmiş, iştirakçıların sualları cavablandırılmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Oktyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri